ABŞ Putinin pullarına həbs qoymağa hazırlaşır

20.04.2014 - 10:08

ABŞ Putinin pullarına həbs qoymağa hazırlaşır

“Putinin gizlətdiyi pullarla “Əl-Qaidə”nin maliyyə vəsaitlərini araşdırmış qrup məşğul olacaq”
Böyük Britaniya mediası ABŞ-ın Rusiyaya qarşı yeni sanksiya planları barədə ilginc məlumat yayıb. Ingiltərənin “The Times” qəzetinin əldə etdiyi xəbərə görə, ABŞ-ın yeni sanksiyalar paketində bilavasitə Rusiya prezidenti Vladimir Putin də hədəf seçilib.
“Rusiya hakimiyyətində ən yuxarı səviyyədə təmsil olunan şəxslərə qarşı yeni sanksiyaların tətbiqi barədə Cenevrədəki danışıqlarda ABŞ dövlət katibi Con Kerri məlumat verib. Dördtərəfli danışıqlar nəticəsində Ukraynanın şərqində vəziyyətin nizama salınmasıyla bağlı qərar qəbul edilib. Ukrayna hökuməti artıq nəzərdə tutulmuş addımlar atdığı haqda məlumat verib. Rusiya razılaşmanı pozacağı halda, yeni daha sərt sanksiyalar tətbiq olunacaq və Putinin gizlətdiyi pullarla vaxtilə “Əl-Qaidə”nin maliyyə vəsaitlərini araşdırmış mütəxəssislər qrupu məşğul olacaq”, – deyə “The Times” yazır.
Bununla belə, qəzet onu da bildirir ki, Qərbin xüsusi xidmət orqanlarındakı mənbələr Putinin sərvətinin İsveçrə banklarında olduğunu ehtimal edir.
Yeri gəlmişkən, Putinin 40 milyard dollar məbləğində gizlədilmiş maliyyə vəsaiti olduğu bildirilir.
Bu arada, Ağ evin sözçüsü Cey Karni də təsdiqləyib ki, ABŞ Rusiyaya qarşı aktiv şəkildə yeni sanksiyalara hazırlaşır.

Short URL: http://www.cumhuriyyet.net/?p=6316

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930