İlham Əliyev üçün Səudiyyə təhlükəsi

20.04.2014 - 10:19

İlham Əliyev üçün Səudiyyə təhlükəsiİlham Əliyev üçün Səudiyyə təhlükəsi

İlham Əliyev üçün Səudiyyə təhlükəsiYaxud, Qərb onunla da Putinlə danışdığı kimi danışmağa başlayır?
Səudiyyə Ərəbistanının Sərhəd Xidmətinin rəhbəri Ilham Əliyevlə görüşüb. Azərbaycanın belə bir ölkə ilə sərhəd  olmadığını bilən bütün vətəndaşlarımız kimi biz də düşünürük ki, bu səfər heç də qonağın vəzifə səlahiyyətlərinə aid işlərlə bağlı deyil.
Bu səfərlə bağlı şərhlərdə diqqətimi çəkən isə Milli Təhlükəsizlik Nazirliyinin keçmiş zabiti Ilham Ismayılın fikirləri oldu. O deyir ki, səfərin Səudiyyə Kəşfiyyat şefinin istefa verməsi ərəfəsinə təsadüf etməsi maraqlıdır. Ola bilsin ki, indi bu ölkədə sərhəd xidməti kəşfiyyatın hansısa işlərini görür.
Maraqlı yanaşmadır. Amma mən inanmıram ki, Səudiyyə kimi dövlətdə nazir gedən kimi nazirlik də iflic olsun. Lakin Ilham bəyin fikrindəki son cümlə həqiqət ola bilər. Çünki bu, əksər dövlətlərdə belədir. Elə yəqin ki, bizdə də. O zaman səudiyyəli qonağın ziyarətinin səbəbi nə ola bilər?
İranla çoxmu irəli getdik?
Birinci versiya o ola bilər ki, Azərbaycan hakimiyyəti son günlərdə Iranla olduqca yaxın görünüb. Hətta ola bilər ki, bu, real yaxınlıqdır. Iranın Azərbaycandakı səfiri isə öz açıqlaması ilə Əliyevi açıq şantaj etdi. “Üçüncü ölkəyə qarşı razılıq” barədə açıqlama o deməkdir ki, Ilham Əliyev Qərb dünyasının başının qarışmasından istifadə edib. Indi səudiyyəli zabit də öz müttəfiqlərinin narahatlığını Ilham Əliyevə çatdırmağa gəlib.
Sual oluna bilər ki, niyə məhz səudiyyəli təmsilçi? Niyə ABŞ və Israil özü birbaşa addım atmır? Bu sualın əsas cavabını verəcəyik, amma bir xatırlatmanı edək ki, hələ ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və vitse-prezident Co Baydenin  prezident Obamaya “Ilham Əliyevlə danışmaq mümkün deyil” dedikləri barədə xəbərlər yayılmışdı. Hətta keçmiş diplomat Devid Kramerin də bu barədə açıqlamaları olmuşdu. Indi sual yaranacaq ki, o hansı dildir ki, ABŞ bacarmır, amma Səudiyyə Ərəbistanı bacarır?
Bu söhbətlər Putinlə də olub
Heç şübhəsiz ki, bizim yazdığımız da bir ehtimaldır. Amma bunun qüvvətli bir ehtimal olduğunu əsaslandıran amillər kifayət qədərdir. Diqqətli oxucular xatırlayırlar ki,  Səudiyyə Ərəbistanının kəşfiyyat şefi ötən bir ildə 2 dəfə Rusiyaya səfər edib Putinlə görüşmüşdü. Həmin ərəfədə isə Kremlə yaxın olan analitiklər Rusiyada böyüməkdə olan Səudiyyə faktorundan yazırdılar.
Qərblə Rusiyanın hazırkı münasibətlərini çox analiz etmədən diqqəti Azərbaycanda güclənməkdə olan Səudiyyə faktoruna çəkmək istəyirəm. Günün ən aktual mövzularından biri də təbii ki, Suriyaya üz tutan sələfi təriqətindən olan müsəlmanlardır. Onlarla Azərbaycan hakimiyyəti arasındakı hər hansı anlaşılmazlığı necə həll etmək olar? Yaxud da elə Putinin bu yaxınlarda “Suriyada döyüşənlər sonra Qafqaza və Rusiyaya istiqamətlənəcəklər” bəyanatı nəyə hesablanıb? Bu suallar da kömək edir ki, biz Səudiyyə zabitinin Azərbaycana səfərini Ilham Əliyev üçün elə də ürəkaçan bir ziyarət kimi qiymətləndirməyək. Üstəlik, hazırkı vəziyyətdə hakimiyyətin Rusiyaya yenidən yaxınlaşmaq cəhdləri fonunda da bizim ehtimal güclənir.
“Bu səfərin həqiqi səsi nə vaxt çıxacaq?” sualı da maraqlıdır. Amma daha maraqlı sual odur ki, Azərbaycan hökuməti bu səfərin açıqlamasını xalqa vermədiyi kimi, “başqalarına” da verməyə biləcəkmi?  (azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=6317

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930