Xarici ölkələrə müalicəyə gedənlər üçün qadağa

20.04.2014 - 10:45

Xarici ölkələrə müalicəyə gedənlər üçün qadağa

Binəva azərbaycanlılar yenə bahalı və səriştəsiz həkimlərin əlində qalmağa məcbur olacaq
Iranın səhiyyə nazirinin xüsusi nümayəndəsi və Təbriz Tibb Universitetinin rektoru, doktor Məhəmmədhüseyn Somi Azərbaycan parlamentinin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli ilə görüşdə deyib ki, müalicə məqsədilə müraciət edən azərbaycanlı xəstələr üçün güzəştlər və xəstəxanaların birində xüsusi bölmə ayrılmasına dair proqram hazırlayıblar.
Onun sözlərinə görə, hər il bir milyon nəfərə yaxın Azərbaycan vətəndaşı Irana səfər edir ki, onların da əksəriyyətinin məqsədi müalicədir: “Müalicə üçün Irana müraciət edən Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti Təbrizə gəlir. Elə bu məqsədlə biz proqram hazırlamışıq ki, Azərbaycandan gələn əziz qardaş və bacılarımız üçün xüsusi bölmə ayrılsın və onlar orada müalicələrini alsınlar”.
Bu arada, Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bugünlərdə parlamentdə deyib ki, Azərbaycan dövləti xaricə müalicəyə gedənlərlə bağlı məsələləri öz əlində cəmləyə bilər. Onun sözlərinə görə, xarici ölkələrə müalicəyə gedənlər bəzən fırıldaqla üzləşir və bunun qarşısını almaq üçün Azərbaycanda səhiyyə turizmi şöbəsi yaradılmalı, dövlət bu işi öz üzərinə götürməlidir.
Musa Quliyevin sözlərinə görə, azərbaycanlılar xaricə müalicəyə dövlət xətti ilə getsə, artıq xərcə düşməkdən, lazımsız müayinələrə cəlb olunmaqdan xilas ola bilərlər, müalicə daha effektiv və zəmanətli olar.
Azərbaycanın səhiyyə sistemindəki bərbad vəziyyətdən, od tutub yanan qiymətlərdən, xüsusən də tibbi sahədəki qeyri-peşəkarlıqdan Irana üz tutan soydaşlarımız üçün deyəsən, bu şəfa qapısını da bağlamaq istəyirlər. Irana ucuz dərman və həkim müalicəsinə getmək istəyənlərin arzusunun qarşısına Azərbaycan rəsmi şəkildə divar hörür. Bu divarın o üzündə isə mənasız-məzmunsuz qadağalar, süründürmələr və s. yaradılacaq ki, binəva azərbaycanlılar xəstəliklərinin hayına qalmaq, Iranda tez və ucuz şəkildə müalicə olunmaq  əvəzinə, yenidənГїbahalı və səriştəsiz həkimlərimizin əlinə düşməyə məcbur qalacaq.
Belə bir mənzərəyə baxanda, istər-istəməz düşünürsən; bu gün xalqın arzusu bir tikə çörək və cansağlığı deyilmi? Onsuz da hakimiyyət xalqı elə bir günə salıb ki, bugünün azərbaycanlısı güzəran çətinliyindən başını qaldırıb  ətrafında nələrin, hansı ədalətsizliyin baş verdiyinin fərqinə vara bilmir. Belə olan halda, xəstə adamların dərmanları və aparatları ucuz, fəqət həkimləri peşəkar olan Irandan da ayağını kəsməyin adı nədir?
Azərbaycan səhiyyəsindən əlini üzən adamlar, mənşəyi bilinməyən və insanı sağaltmaq əvəzinə vəziyyətini daha da ağırlaşdıran dərman mafiyasına qarşı insanlar köməksiz durumdadır. Belə bir məqamda səhiyyə turizmi yaratmaqla sadə insanların Irana yolunu rəsmi şəkildə bağlamaq bu adamları dirigözlü öldürmək deməkdir. Bu baxımdan, cəmiyyətdə belə bir ideyanın yayılması və onun tətbiqinə yol verilməməsi üçün vacib addımlar atılmalıdır. Sözsüz ki, söhbət burada Azərbaycan xalqından, xəstə, ümidsiz və gələcəyini dövlətinə bağlamayıb kənardan gözləyənlərdən gedir.  (azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=6320

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930