Bin Ladendən müsahibə alan məşhur aparıcını güllələdilər

20.04.2014 - 12:24

Bin Ladendən müsahibə alan məşhur aparıcını güllələdilər

Pakistanın məşhur televiziya aparıcı güllələnib. Lent.az-ın məlumatına görə, Karaçi şəhərində ölkənin ən məşhur jurnalistlərindən və teleaparıcılarından biri olan Həmid Mirə hücum ediblər. 
Polisin məlumatına görə, avtomobilin içində əyləşən Həmid Mirə hava limanı yaxınlığından atəş açılıb. Güllələrdən 3-ü hədəfə dəyib. Həkimlərin sözlərinə görə, yaralar öldürücü deyil. 
Pakistan jurnalistlər üçün dünyanın ən təhlükəli ölkələrindən biridir. Jurnalist Həmid Mir 11 sentyabr hadisələrindən sonra Usama Bin Ladendən müsahibə alan ilk jurnalistdir. Bu müsahibədən sonra jurnalist dəfələrlə hücuma məruz qalıb. 
Pakistanın aparıcı siyasətçiləri, o cümlədən baş nazir Nəvaz Şərif jurnalistə edilən hücumu kəskin pisləyiblər. 
Keçən ay Şərif KİV işçilərini qorumaq üçün əlindən gələni edəcəyinə söz vermişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=6324

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930