Çeçen komandirinin qətli üçün Kadırov nurçularla necə razılığa gəlib?

20.04.2014 - 15:21

Çeçen komandirinin qətli üçün Kadırov nurçularla necə razılığa gəlib?“Çeçen səhra komandiri Əli Osayevin öldürülməsində Ruslan Papaçkeri günahkar deyil”.   “Axar.az” xəbər verir ki, bu iddia ilə Türkiyənin “Takvim” qəzeti çıxış edib.   Qəzet Əli Osayevin öldürülməsində Gülən hərəkatının polis strukturlarındakı imamı kimi tanınan Osman Hilmi Özdilin mühüm rol  oynadığını bildirib:   “Gülənçilər Kadırovla razılığa gəliblər. Rusiya kəşfiyyatının ən böyük düşmənlərindən birinin Gülən hərəkatı hesab edilməsinə baxmayaraq, Kadırov onların təklifini qəbul edib. Təklif çox sadə olub. Çeçenistanda nurçu məktəblərinin açılmasına şərait yaratmağın qarşılığında Türkiyədə gizlənən çeçen səhra komandirlərinin qətlə yetirilməsinə yardım göstərilməlidir. Bunun nəticəsidir ki, sonra Əli Osayev qətlə yetirilir. Burada isə bütün günahlar Zona ləqəbli Ruslan Papaçkerinin üzərinə atılır. Əvəzində bir daşla iki quş vurulur”.     Qeyd edək ki, Əli Osayev Çeçenistanda kifayət məşhurdur. O ölkənin əsas səhra komandirlərindən hesab edilir.  

Short URL: http://www.cumhuriyyet.net/?p=6331

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930