"Sovet İttifaqının bərpası fəlakət olardı"

21.04.2014 - 09:55

"Sovet İttifaqının bərpası fəlakət olardı"“Sovet İttifaqının bərpası fəlakət olardı”

"Sovet İttifaqının bərpası fəlakət olardı"Ukraynanın Baş naziri Arseni Yatsenyuk Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda Krımın ilhaqı və ölkənin şərqində Rusiya tərəfdarlarının iğtişaşları ilə Sovet İttifaqını bərpa etməyə çalışa bildiyini deyib.
Arseni Yatsenyuk video bağlantı vasitəsilə Amerikanın NBC tele şirkətinin “Mətbuatla görüş”  (“Meet the Press”) proqramına qoşulub. Bazar günü yayımlanan müsahibə zamanı Arseni Yatsenyuk cənab Putinin onun inandığı kimi son məqsədi ilə bağlı narahatlığını ifadə edib.
“Mən bu əsrin ən böyük fəlakətinin prezident Putinin himayəsi ilə Sovet İttifaqının bərpa edilməsi ola biləcəyini hesab edirəm”-deyə o, müsahibə zamanı bildirib.
Bundan öncə Rusiya Ukraynanın şərqində Slavyanks şəhəri yaxınlığında Pasxa ilə əlaqədar elan edilmiş atəşkəsin pozulması ilə nəticələnmiş atışma ilə bağlı hiddətini bildirmişdi.
Rəsmilər Rusiya tərəfdarları separatçıların nəzarətində olan yoxlama məntəqəsində baş vermiş atışma zamanı iki nəfərin öldüyünü bildiriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=6336

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930