Məşhur futbolçu silahlı hücuma məruz qaldı

21.04.2014 - 11:49

Məşhur futbolçu silahlı hücuma məruz qaldı

Türkiyənin “Beşiktaş” komandasının və Türkiyə yığmasının futbolçusu Gökhan Törə silahlı hücuma məruz qalıb.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə aprelin 20-də gecə baş verib.
 
“Beşiktaş” – “Fənərbağça” matçından sonra gecə klubuna əylənməyə gedən futbolçu burada naməlum şəxsin odlu silahdan açdığı atəşlə kürəyindən yaralanıb. G. Törə dərhal xəstəxanaya aparılıb və əməliyyat olunub. Onun həyatına təhlükə olmadığı bildirilir. Hadisə zamanı daha 4 nəfər yaralanıb.
 
“Beşiktaş” klubu faktı təsdiqləyib. Klub bir qədər sonra olayla bağlı rəsmi açıqlama yayacaq. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6349

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930