Kəlbəcərdə 200 abidə erməniləşdirilib

21.04.2014 - 13:08

Kəlbəcərdə 200 abidə erməniləşdirilib

Dağlıq Qarabağdakı qondarma rejim artıq 4 ildir ki, işğal altındakı Kəlbəcər rayonu ərazisində maddi-mədəni abidələrin aşkarlanması və sənədləşdirilməsi – daha doğrusu, erməniləşdirilməsi ilə bağlı proqram həyata keçirir.
modern.az-ın verdiyi  xəbərə görə, qondarma rejimin “turizm və tarixi abidələrin qorunması üzrə idarəsi”nin rəhbəri Sergey Şahverdyan yerli jurnalistlərə açıqlamasında deyib ki, bu illər ərzində Kəlbəcər ərazisində 200-dən artıq tarixi abidə aşkarlanıb.
Bu abidələr tunc dövründən tutmuş orta əsrlərə kimi olan müxtəlif dövrləri əhatə edir. Onların arasında kilsələr, qəbir daşları, qalalar və yaşayış məskənləri üstünlük təşkil edir. Şahverdyanın sözlərinə görə, artıq sənədləşdirilmiş abidələr yerli hökumət tərəfindən qorunur.
Onun məlumatına görə, ümumilikdə Dağlıq Qarabağ ərazisində 4 mindən artıq tarixi abidə qeydiyyata alınıb.
Qarabağ erməniləri isə iddia edirlər ki, aşkar olunmuş abidələr bu torpaqlarda tarixən erməni yaşayış məskənlərinin mövcud olduğunu sübut edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=6354

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930