Aclığın 5-ci günündə olan NİDA-çıların vəziyyəti pisləşdi

21.04.2014 - 13:11

Gənclərdən
Bəxtiyar Quliyevin ayaqları tutulub.
Zaur Qurbanlının isə astma krizi tutub


 

Xəbər verildiyi
kimi, Nida Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvü ötən həftənin cümə
axşamından bəri saxlanıldıqları Kürdəxanı Təcridaxanasında aclıq aksiyası
keçirirlər.
Ötən gün isə gənclərin valideynləri də
Müsavat Partiyasının qərargahında övladlarına dəstək məqsədilə aclıq aksiyasına
başlayıblar.

Bu gün aclıq
aksiyasının 5-ci günündə olan Nida üzvlərinin səhhəti ilə narahatlıq doğuran
məlumatla gəlib.
Belə ki, vəkillərin verdiyi məlumata görə,
gənclərdən Bəxtiyar Quliyevin ayaqları tutulub. Zaur Qurbanlının isə astma
krizi tutub. Cumhuriyyet.az-a daxil olan məlumata görə, hər iki gəncin vəziyyəti hazırda normaldır. R.Həsənovda isə
şiddətli başağrıları baş qaldırıb. Təcridxana rəhbərliyi onun vəziyyəti ilə
maraqlanması üçün həkim göndərəcək. Bu barədə R.Həsənovun vəkili məlumat verib.
Onu da bildirək ki, Penitensiar Xidmət Nida-çıların aclıq aksiyası keçirməsi
ilə bağlı müəmmalı münasibət sərgiləyir. Belə ki, xidmətin mətbuat xidmətindən
bildirilib ki, Kürdəxanı Təcridaxanasının rəhbərliyinə heç kim aclıq aksiyası
keçirdiyi ilə bağlı rəsmi ərizə yazmayıb. Gənclərin vəkilləri isə bildirir ki,
təcridxana rəhbərliyinə ötən həftənin 5-ci günü rəsmi qaydada ərizə yazılıb və
aksiya ilə barədə xəbər verilib. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən də
bildiriblər ki, onlarda Kürdəxanıda yerləşən təcridxanada aclıq aksiyası
keçirildiyinə dair məlumat yoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=6355

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930