İcra məmuru azyaşlı uşaqları sərhəddən keçirirmiş – Ailəvi həbs

21.04.2014 - 16:12

İcra məmuru azyaşlı uşaqları sərhəddən keçirirmiş – Ailəvi həbs 

Laçın Rayon İcra Hakimiyyətinin Ağcabədi rayon Qaraqışlaq kəndindəki icra nümayəndəsi Pənah Dadaşovun ailə üzvləri də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilərək idarəyə aparılıb.
 
Bu barədə “Axar.az”a kənd sakinləri məlumat veriblər.
 
Bu gün səhər saatlarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilən Pənah Dadaşovdan sonra onun həyat yoldaşı və uşaqlarını da idarəyə aparıb.
 
Əməkdaşımıza verilən məlumata görə, Pənah Dadaşov azyaşlı uşaqları sərhəddən qanunsuz keçirməkdə təqsirli bilinir.
 
Laçın Rayon İcra hakimiyyətindən bildirilib ki, onlara bu həbslə bağlı heç bir rəsmi məlumat daxil olmayıb.
 
Laçın Rayon Polis İdarəsindən isə faktı təsdiqləsələr də, əlavə məlumat vermədilər

Short URL: http://www.cumhuriyyet.net/?p=6365

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930