Putinin gəmiləri Azərbaycan tankerlərini batırıb

21.04.2014 - 16:28

Putinin gəmiləri Azərbaycan tankerlərini batırıb

Rusiyaya məxsus gəmilər Xəzərdə yük daşınmalarını tam ələ keçirib.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən “Axar.az”a verilən məlumata görə, Gəmiçiliyə məxsus “Araz”, “Şamaxı”, “Səməd Vurğun”, “Zəngilan” və “General Mehmandarov” tankerləri 1 aydan çoxdur ki, Türkmənistanın Türkmənbaşı limanından yük götürmək üçün növbəyə dursalar da, onların yük daşımasına mane olunur.
 Türkmənistan hökuməti danışıqlara və müqaviləyə riayət etmir. Türkmənbaşı limanının səlahiyyətlilərindən birinin dediyinə görə, Rusiya tərəfi yüklərin ancaq onların gəmiləri tərəfindən daşınacağı iddiasını irəli sürüb. Yəni Rusiya Prezidenti Vladimir Putinə məxsus olduğu bildirilən “Voskiy Flot” gəmiçilik şirkətinin 22 tankeri (VF-1″-dən “VF-22” gəmisinə qədər) növbədənkənar yük götürmə ilə məşğuldur. Bizim gəmilərin niyə yüklə təmin edilməməsinə isə Türkmənbaşı limanından belə əsas gətirirlər ki, guya daşınacaq mazutun tərkibinə Azərbaycan gəmi kapitanları 7 faiz su vurur və bununla da satışa mənfi təsir edirlər.
 Aldığımız məlumata görə, bu gün “General Mehmandarov” adlı tankerlərimizin yük üçün körpüyə girməsi gözlənilsə də, rusların 4 ədəd yeni tankerinin reydə yaxınlaşması bunun qarşısını alıb. 
 Baş verənlərlə bağlı Xarici İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, buna müvəffəq olmadıq. 
Zahid Oruc: “Əsas nəqliyyat dəhlizlərini ələ keçirmək uğrunda həmişə mübarizə gedib”
Millət vəkili Zahid Oruc isə hesab edir ki, hər bir halda Azərbaycan tərəfi yükdaşımalarda istifadə olunan gəmilərinin hər hansı bir səbəbdən həbsdə saxlanılmasını məqbul saya bilməz. Yaranmış problemin ilk növbədə diplomatik yol ilə çözülməsinə tərəfdar olan Z.Oruc vurğuladı ki, əgər bu səylər nəticə verməsə, başqa addımların atılması da müzakirə oluna bilər: “Əsas nəqliyyat dəhlizlərini ələ keçirmək uğrunda həmişə mübarizə gedib. Bura həm iqtisadi, həm qanlı savaşları aid etmək olar. Tam təsdiq etmək ki, Türkmənistanda Azərbaycan gəmilərinə qarşı baş verənlər Rusiyanın təzyiqi ilə bağş verir. Amma o da reallıqdır ki, Orta Asiya məkanında Rusiyanın kifayət qədər təsir imkanları mövcuddur. Azərbaycan həmişə Xəzərdə münasibətlərin dinc vasitələrlə qurulmasını istəyib. İstər Xəzər dənizinin səthindən, istərsə də onun karbohidrogen sərvətlərindən bəli hüquqi əsaslarda istfiaədnin tərəfdarı olub”.
Amma Türkmənistanın uzun illər ərzində  Xəzərin statusunun müəyyənləşməsi ilə bağlı konstruktiv mövqe sərgiləmədiyini deyən Z.Oruc xatırlatdı ki, hətta Azərbaycanla bir yatağın üzərində Türkmənistanın silahlı insidenti də olub: “Amma hər bir halda dövlətin mənafeyi var. Xüsusən nəzərə almaq lazımdır ki, burada söhbət dövlət idarəsindən gedir”. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6366

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930