Qarnından sərvət çıxdı

22.04.2014 - 01:43

Hindistanda bir iş adamı qarın ağrısı şikayəti ilə getdiyi xəstəxanada hər kəsi şoka salıb.

Həmin şəxsin qarnından 12
qızıl külçə çıxıb. Həkimə müraciət edən biznemen su içmək istəyərkən
şüşənin qapağını udduğunu və bu üzdən dəhşətli ağrılarının olduğunu
deyib. Lakin o, əməliyyata girərkən həqiqət üzə çıxıb. Həkimlər onun
qarnından hər biri 33 qram olan 12 qızıl külçə çıxarıblar. Külçələrin
ümumi dəyərinin 25 min dollar olduğu bildirilir.

Sonradan
məlum olub ki, həmin şəxs Hindistanda qızıl vergisi ödəmədən gömrükdən
keçmək üçün külələri udub, amma sonradan çıxara bilməyib və həkimə
müraciət etməli olub. Həkimlərin sözlərinə görə, o, bir neçə gün də gec
gəlsəydi, zəhərlənmədən ölə bilərdi.
 


Short URL: http://www.cumhuriyyet.net/?p=6371

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930