Ziya Məmmədova qardaşından və işçisindən zərbə

22.04.2014 - 09:53

Ziya Məmmədova qardaşından və işçisindən zərbə

Nazirin işçisi oğluna və yeznəsinə 365 min dollarlıq “Mercedes” alıb, qardaşının oğlu isə “Porsche” ilə “avtoşluq” edib
Nəqliyyat Nazirliyinin idarə rəislərindən birinin oğluna və kürəkəninə bahalı avtomobil hədiyyə etməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, həmin idarə rəisi oğluna və yeznəsinə toplam qiyməti yarım milyon manat olan “Mercedes” bağışlayıb. Məlumatda idarə rəisinin adının da bizə bəlli olduğunu da, lakin bəzi dəqiqləşdirmələr apardığımızdan hələlik açıqlamadığımızı bildirmişdik. 
Artıq dəqiqləşdirmələr başa çatıb və bəlli olub ki, həmin şəxs 71 saylı Yol Istismarı Idarəsinin rəisi Xaqani Kazımodur. Xaqani Kazımov oğlu Vüsala və yeznəsi Bəxtiyara 2014-cü ilin buraxılışı olan “Mercedes S klass” markalı avtomobil hədiyyə edib. Bildirilir ki, həmin avtomobilin birinin qiyməti 365 min dollardır. Avtomobilin fotosu da əlimizədir. Xaqani Kazımov bundan əvvəl də 1 milyon dollara avtomobil alıb. Ümumiyyətlə, Xaqani Kazımov maşın həvəskarıdır. Onun bahalı  avtomobil kolleksiyası olduğu bildirilir. Yaxın günlərdə həmin kolleksiyanı oxuculara təqdim etməyə çalışacağıq.
Məlumatlarda bildirilir ki, Xaqani Kazımovun dəbdəbəli həyatı Ziya Məmmədovun da narahatlığına səbəb olub. Nəqliyyat naziri ona görə hədəfə gələcəyindən ehtiyatlanır. Bildirilir ki, Xaqani Kazımov 1 milyona avtomobil alanda naziri onu yanına çağıraraq danlayıb. Lakin Xaqani Kazımov  Ziya Məmmədovun hirsini soyuda bilib. Bundan başqa o, oğluna “Buta Palace”də toy etmək həvəsinə düşübmüş. Lakin Ziya Məmmədovun təkidilə toy mərasimi başqa şadlıq sarayında keçirilib.
Bu arada Ziya Məmmədova ciddi zərbə olacaq başqa bir fakt ictimailəşib. Virtualaz.org saytına daxil olan videokadrlara əsasən dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki avtomobil Zığ-aeroport şossesində yüksək sürətlə yarışa çıxır. Bir neçə saniyəlik kadrlardan görünür ki, avtomobillərin hər ikisi “Porsche Panamera” markalıdır (qiyməti 250 min manata yaxındır). “100” seriyalı “Porsche”nin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu da müəyyənləşib. Lakin mənbə avtomobilin deputatın hansı oğluna məxsus olduğunu dəqiqləşdirməyib.
Həmin videokadrlar yeni deyil və 2012-ci ilin mayında çəkilib. Sayt kadrları DYP əməkdaşlarına təqdim edib və onlar məlumatı təsdiqləyərək bildiriblər ki, həmin avtomobillər tez-tez Bakı küçələrində sürət yarışına çıxır. Lakin DYP və DIN nüfuzlu avtoxuliqanlara qarşı hansısa tədbirlər görməkdə acizdir.
Elton Məmmədov məsələyə münasibət bildirib. O, lent.az-a açıqlamasında iddia edib ki, həmin videodakı avtomobillərin ona və övladlarına heç bir aidiyyatı yoxdur: “Bunlar hamısı yalandır, iftiradır, şantajdır”.
Bundan əvvəl Elton Məmmədovun oğlu Aynar Məmmədov özünə məxsus dövlət nömrə nişanları ancaq “100” olan bahalı maşın kolleksiyasını “Instagram”da nümayiş etdirmişdi. Fotoların birində onun son model “BMW” avtomobili ilə Zığ şossesində saatda 238.2 kilometr sürət yığdığı avtomobilin bort kompüterinin göstəricilərinə əsasən nümayiş olunurdu. Fotolardan məlum olurdu ki, Aynar Məmmədovun kolleksiyasında “Lamborghini Avendator LP700-4” (qiyməti 440 min 500 dollardan 650 min dollara qədərdir), “Mercedes CLS 63” (72 min dollar), “Grand Cherokee” (60 min dollar),  “Ferrari” (qiyməti 200 min dollardan başlayır), “Maserati” (ən sadə modeli 65 min dollardır) və “BMW M5” kimi çoxsaylı bahalı maşınlar yer alır.

Short URL: http://www.cumhuriyyet.net/?p=6379

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930