Rusiya keçmiş agentlərdən istifadə edə bilərmi?

22.04.2014 - 10:11

Rusiya keçmiş agentlərdən istifadə edə bilərmi?

Ilham Ismayıl: “Bəzi adamlar öz xarakterlərinə, ideyalarına uyğun olduğu üçün Rusiyanın idarəçiliyində yaşamaq istəyir”
Ukrayna ətrafında baş verənlər, xüsusilə Krımın ilhaqı “Rusiya təhlükəsi” fikrini gündəmə gətirdi. Bir çox ekspertlər bildirdi ki, Rusiyanın işğalçı siyasətini davam etdirməsi ölkə daxilində də öz təsirini göstərəcək.  Proseslərin gedişində də hiss olunur ki, bu fikir əsassız deyil.
5-ci kalonun meydana çıxması, Putinə məktub yazılması, Rusiyanın bu siyasətinin dəstəklənməsi həmin təhlükənin olmasını açıq göstərirdi. Digər tərəfdən, milyondan çox Azərbaycan vətəndaşı Rusiyada yaşayır, bu ölkə ilə mütəmadi əlaqələri var. Böyük ehtimalla bu böyük kütlənin içində də Rusiyanın siyasətini dəstəkləyən təbəqə var. Ən əsası isə budur ki, Azərbaycan 70 il sovet imperiyasının tərkibində yaşayıb. Həmin illərdə ölkə rəhbərliyində olan xeyli şəxs birbaşa Moskvanın adamı olub və bu gün də bu adamlar fəaliyyət göstərir. Yəni Rusiya ilə müxtəlif formalarda bağlar qalır.
Indiki baş verənlər fonunda bu amillər Azərbaycan üçün nə qədər təhlükəlidir?
Təhlükəsizlik üzrə ekspert Ilham Ismayıl bildirdi ki, Rusiya təhlükəsi hər zaman real olub və bəzi adamlarda rus sevgisinin olmasının müxtəlif səbəbləri var: “Azərbaycan müstəqillik əldə edəndən sonra Rusiya təhlükəsi hər zaman olub. Çünki Rusiyanın siyasətində keçmiş sovet ölkələrini yenidən öz təsiri altına salmaq istəyi həmişə prioritet olub. Bu istiqamətdə Rusiya kəskin separatçı addımlar atıb. Gürcüstanda, Moldovada, Azərbaycanda da belə addımlar atılıb. Ukrayna hadisələrindən sonra bu məsələ daha kəskin şəkil alıb. Ancaq bu o demək deyil ki, Rusiya istədiyini həyata keçirə bilər. Sadəcə olaraq Krımı yaddan çıxarmaq üçün Putin Ukraynanın şərqində gərginlik yaradır. Rusiyanın bəzi dairələrində Azərbaycanın müstəqilliyinə xələl gətirəcək çağırışlar var. Daxildəki müəyyən adamların nostalji hisslərlə yaşamasının isə 2 səbəbi var. Birincisi özlərinin ideyaları, xarakterləridi ki, keçmiş idarəçilik sistemində yaşamaq istəyirlər. Ancaq anlamırlar ki, Putin Lenin deyil. Ideoloji baxımdan fərqli düşüncələrdir. Ikinci səbəb isə budur ki, ölkədə ədalətsizlik, haqsızlıq, neqativ hallar çox olanda, nostalji hisslər artır və insanlar keçmişlə təsəlli tapırlar. Kommunist partiyası kimi Putinə məktub yazılması isə mənasız addımdır. Putin kiminsə məktubunu əsas tutaraq qərar qəbul etmir. Rusiyanın bu hərəkətlərindən sonra beynəlxalq hüquq və beynəlxalq ictimai rəy krizis dövrünü yaşayır. Ancaq istənilən halda Rusiyanın bundan sonra atacağı addımlar, Rusiyanın əleyhinə çevriləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6380

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930