Polis rəisi qalmaqallı gecə klubuna görə nazirliyə çağırıldı

22.04.2014 - 11:22

Polis rəisi qalmaqallı gecə klubuna görə nazirliyə çağırıldı Polis rəisi qalmaqallı gecə klubuna görə nazirliyə çağırıldı Polis rəisi qalmaqallı gecə klubuna görə nazirliyə çağırıldı Nəsimi Rayon Polis İdarəsinin rəisi. “Buqatti” gecə klubunun sahibi olduğu deyilən Musa Musayev təcili Daxili İşlər Nazirliyinə çağırılıb.   “Axar.az”a Nəsimi polisindəki mənbədən daxil olan məlumata görə, gecə klubu ətrafında yaranan söz-söhbətdən sonra bir müddət işə çıxmadığı bildirilən M.Musayev artıq iş başındadır. Onun nazirliyə hansı məqsədlə dəvət edildiyi haqda məlumat verilmir.   Nəsimi rayon Polis İdarəsinin növbətçisi “Axar.az”a bildirdi ki, polis rəisi Musa Musayev Kollegiya iclasında iştirak etmək üçün nazirliyə dəvət olunub. DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə isə nazirlikdə kollegiya iclasının keçirilmədiyini bildirdi və iclas keçirilməsi ilə bağlı verilən xəbəri təkziblədi.   Xatırladaq ki,  bir müddət öncə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevə aid olduğu iddiaları səslənən qalmaqallı “Buqatti” gecə klubu mətbuatda gedən yazılardan sonra iki gün müddətinə qapadılmışdı. Klub yaxınlığında yaşayan əhali isə burada xaosun hökm sürdüyünü bildirmişdi. Onlar dəfələrlə barda bıçaqlanma, döyülmə hadisələri olsa da, polis idarəsinin məsələyə diqqət etmədiklərini söyləmişdilər.   Ancaq “Buqatti”nin adı gecə klubu ətrafında yaranan qalmaqaldan sonra dəyişdirildi və “Mamunia” adı ilə fəaliyyətini hazırda davam etdirir.   Qeyd edək ki, Musa Musayev adının “Buqatti” (“Mamunia”) gecə klubunun sahibi kimi hallandırılmasına bu vaxta qədər heç bir reaksiya verməyib. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6389

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930