ABŞ Ukrayna inqilabına 5 milyard dollar xərclədiyini açıqladı

22.04.2014 - 13:51

ABŞ Ukrayna inqilabına 5 milyard dollar xərclədiyini açıqladı

ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland etiraf edib ki, Vaşinqton 1991-ci ildən bu yana Ukraynaya 5 milyard dollar yardım ayırıb.
Virtualaz.org bu barədə Qərb mətbuatına istinadən bildirir.
“Bu pullar Ukrayna xalqının onun maraqlarını təmsil edən güclü, demokratik hakimiyyətə malik olmaq səylərinin dəstəklənməsinə sərf olunub” – deyə V.Nuland bildirib.
Bununla belə diplomat əlavə edib ki, ABŞ Maydanın dəstəklənməsi üçün pul ayırmamışdı: “Bu, kortəbii hərəkat idi və Rusiyanın Ukraynanın şərqində etdiklərindən çox uzaq idi”.
Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətini keçmiş direktoru Aleksandr Yakimenko bildirib ki, ABŞ Ukraynada Yanukoviçin hakimiyyətini devirmək üçün milyonlarla dollar xərcləyib. Onun sözlərinə görə, ABŞ Maydanı dəstəkləmək üçün diplomatik poçtla milyonlarla dollar nağd pul göndərir və həmin pullar Kiyevin mərkəzi meydanında paylanırdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=6395

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930