Krım tatarlarının liderinə Krıma gəlmək qadağası qoyuldu

22.04.2014 - 14:01

Krım tatarlarının liderinə Krıma gəlmək qadağası qoyuldu

Bu gün səhər saatlarında Krım tatarlarının lideri Mustafa Cəmilov Məclis rəhbərinin müavini Aslan Ömərovla Krımdan Kiyevə gedib.
Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda Krım Məclisinin saytında məlumat verilib. Məlumatda qeyd edilir ki, Krımla Ukraynanın administrativ sərhədini keçərkən Cəmilova Rusiya Federasiyası ərazisinə gəlməsinə icazə verilməməsini əks etdirən akt təqdim olunub. Burada yazılıb ki, 2014-cü il aprelin 19-dan Ukrayna vətəndaşı, 1943-cü il təvəllüdlü Mustafa Cəmilova Rusiya ərazisinə gəlmək qadağan olunur. Bu qadağanın 2019-cu il aprelin 19-dək qüvvədə olduğu da aktda qeyd edilib.
M.Cəmilov isə bildirib ki, istənilən qadağaya əhəmiyyət verməyərək Krıma gəlib-getməkdə israrlıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=6396

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930