Deputatın "avtoş" oğlu ilə bağlı daha bir yalanı üzə çıxdı

22.04.2014 - 16:43

Deputatın “avtoş” oğlu ilə bağlı daha bir yalanı üzə çıxdı

Aeroport yolunda avtoşluq edən maşınlar Ziya Məmmədovun oğlunun toyunda da var idi
– videoNəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun dostları ilə birlikdə aeroport yolunda bahalı maşınlarla yarışa çıxması hələ də geniş müzakirə olunur. Bununla bağlı ilk videonu yayan virtualaz.org saytı bildirir ki, deputatın oğlunun idarə etdiyi 10-LZ-100 və 10-LR-100 nömrə nişanlı, “Porche” və “Nissan” markalı bahalı avtomobillərlə bağlı məsələ artıq Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırılır. Lakin deputat Elton Məmmədov mətbuata açıqlamasında bildirib ki, oğlunun belə bahalı maşınları yoxdur və barəsində yazılanlar da yalandır.
Avtosfer.az saytının apardığı araşdırmalar zamanı məlum olub ki, 10-LZ-100 və 10-LR-100 nömrə nişanlı avtomobillər həqiqətən də Aynar Məmmədova məxsusdur. Bu maşınlar hətta iki il bundan əvvəl Aynar Məmmədovun əmisi oğlu, yəni, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun toyundakı kortejdə də görünüb. Hətta 10-LR-100 nömrəli maşın həmin toyda bəy-gəlin maşını olub. Həmin videonu təqdim edirik. Baxıb nəticə çıxarmağa dəyər. Əgər doğrudan da bu maşın Aynar Məmmədova məxsus deyilsə, o zaman əmisi oğlu Anar Məmmədovundur. Çünki toy karvanında bu maşını Anar Məmmədov idarə edib. Hər halda, bu məsələni DYP və onun yollardakı kamera görüntüləri daha dəqiq araşdıra bilər.     

Short URL: http://www.cumhuriyyet.net/?p=6403

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930