"Azəriqaz"dan "müjdə":

22.04.2014 - 21:20

Sabah bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

 

Sabah bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

“Azəriqaz”
İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən
məlumata görə, qazpaylayıcı stansiyada kollektor üzərində yenidənqurma
işlərinin aparılması, “Goranboy” qaz ölçü qovşağından qidalanan qaz
kəmərlərinin yeni quraşdırılacaq kollektora birləşdirilməsi, “Şəmkir
SES” (Kür qəsəbəsi) Avtomatik qazpaylayıcı stansiyasından qeyri-əhali
istehlakçılarına nəql olunan təbii qazın bir nöqtədən təhvil verilməsi
məqsədi ilə yeni sənaye kollektorunun yaradılması, qazpaylayıcı
stansiyadan qidalanan orta təzyiqli qaz kəmərində siyirtmənin yerinin
dəyişdirilməsi və siyirtmələrə texniki xidmət göstərilməsi ilə əlaqədar
23 aprel, 2014-cü il tarixində saat 09:00-dan 18:00-dək Quba rayonuna,
Goranboy rayonunun bir hissəsinə və Şəmkir rayonunun Kür qəsəbəsinə,
istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə “Kürdmaşı”
qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində
qaztənzimləyici qurğunun quraşdırılması məqsədi ilə saat 09:30-dan saat
18:00-dək İsmayıllı rayonunun bir hissəsinə təbii qazın verilişində
fasilələr yaranacaq.

Ələt qəsəbəsində
325 mm-lik qaz xəttinin bir hissəsinin istismardan çıxarlması və yeni
çəkilmiş 325 mm-lik orta təzyiqli qaz kəmərlərinin qaz təchizatı
mənbəyinə birləşdirilməsi, “Kompressor st. N1” qaz ölçü qovşağından
qidalanan “Siyəzən-1” QPS-ə gələn 325 mm-lik orta təzyiqli qaz kəmərində
əmələ gəlmiş qaz sızmasının ləğvi və Nizami rayonu ərazisində aparılan
təmir-bərpa işləri ilə bağlı 325 mm-lik orta təzyiqli qaz xəttinin uzun
müddət istismarda olan bir hissəsinin yenidən çəkilərək qaz təchizatı
mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 10:00-dan Siyəzən və Bakının
Qaradağ və Nizami rayonlarının bir hissəsinə də təbii qazın verilişində
məhdudiyyətlər olacaq.

Həmçinin qaz nəqli
sistemində yaranmış qaz sızmasının ləğvi məqsədi ilə saat 10:00-dan saat
13:00-dək Bərdə rayonunun bir hissəsinə, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən yaşayış
binasının qazanxanasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə
birləşdirilməsi ilə əlaqədar saat 10:00-dan saat 15:00-dək Ağdam
rayonunun bir hissəsinə, QPS-dən qidalanan 100 mm-lik orta təzyiqli
yerüstü qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və Orta
Salahlı kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xətti üzərində
qaztənzimlyici qurğunun quraşdırılması, Yevlax-Şəki-Balakən magistral
qaz kəmərlərinin 131,2-154,4-cü kilometrlər arası hissəsində yeni
çəkilmiş magistral qaz kəmərlərinin qaz təchizatı mənbəyinə
birləşdirilməsi və abonentlərin qaz təchizatının yaxşılaşdırılması,
Ağstafa şəhəri, Şəhriyar küçəsində yeni çəkilmiş 160 mm-lik orta
təzyiqli yeraltı polietilen qaz kəmərinin qaz təchizatı mənbəyinə
birləşdirilməsi, şəhərin küçələrində aparılan abadlıq işləri ilə bağlı
yol keçidində qaz xətlərinin kənara çəkilməsi və müxtəlif diametrli qaz
xətlərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və qaz xətləri
üzərində quraşdırılmış avadanlıqların təmir-təftiş olunması ilə əlaqədar
saat 10:00-dan saat 18:00-dək Balakən rayonuna, Zaqatala, Qazax və
Ağstafa rayonlarının bir hissəsinə, qaz nəqli sistemində tənzimləyici
klapanın dəyişdirilməsi ilə əlaqədar saat 11:00-dan saat 17:00-dək
Daşkəsən rayonuna, qaz nəqli sistemində yaranmış qaz sızmasının ləğvi
məqsədi ilə saat 13:00-dan saat 18:00-dək isə Bakının Xəzər rayonunun
bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq

 

Short URL: http://www.cumhuriyyet.net/?p=6406

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930