Saatlıda inanılmaz fırıldaq: 450 min manat camaatdan zorla alınacaq

22.04.2014 - 21:28

Respublika Bankın Sabirad filialının rəhbəri idarə və müəssisə rəhbərləri ilə əlbir olaraq saxta sənədlərlə kredit verirmiş

 Respublika Bankın Sabirad filialının rəhbəri idarə və müəssisə rəhbərləri ilə əlbir olaraq saxta sənədlərlə kredit verirmiş
Saatlıda uzunmüddətdən bəri davam edən qalmaqalın üzəri açılıb.
Jam.az-a daxil olan məlumata görə, həmin qalmaqal isə banklardan birinin
yerli filialının rəhbərinin pul qazanmaq üçün orjinal üsula baş vurması
olub.
Redaksiyamıza müraciət edən Saatlı rayonu, Mais Əliyev küçəsi ev
61-də yaşayan Cabir Cahangirov son bir həftədir rayon rəhbərliyinin belə
qarışdığı məsələ ilə bağlı maraqlı faktlar açıqlayıb. O yazıb ki,
“Respublika” Bankın yerli filialının rəhbəri Ağadədə Babayev onu
aldadaraq, saxta sənədlərlə kreditlər verib. “Ağadədə Babayev məni sövq
edirdi ki, ona müştəri gətirdikcə mənə maaş verəcək. Bunun müqabilində
isə A.Babayev verilən hər 3500-4000 manat kreditə görə 600 manat, hər
5000 manat kreditə görə 1000 manat, 10 min manata görə isə 2000 manat
“şapka” alıb”.

Saatlı sakini yazır ki, bu olaylarla bağlı əlində SMS-lər var. Eyni
zamanda, o qeyd edib ki, Respublika Bankın yerli filialının rəhbəri
Ağadədə Babayev və bankın əməliyyatçısı Azər əlbir olaraq, onun əliylə
indiyə qədər 150 min manata yaxın kredit veriblər. “A.Babayev Sabirabad
rayonu ərazisində yerləşən Bayraq Meydanında, Pambıq Zavodunun yanında
və Sabir Heykəlinin qarşısında mənimlə görüşərək, banka gələn
müştərilərin sayı çoxaltmağımı tapşırırdı. Mənə deyirdi ki, banka gələn
müştərilər elə mənim adımı verərsə, onlara kredit ayıracaq. Elə buna
görə də, davamlı olaraq kredit işi və ödənişlərlə bağlı Sabirabad
filialına gəlirdim”.

Cabir Cahangirov daha sonra vurğulayır ki, A.Babayev ona kredit verib
və bildirib ki, həmin pulla bəzi şəxslərin yerinə ödənişlər aparım.
“Çünki həmin adamlar kredit ödəmirdilər. Amma ayrılan hər kreditə görə
“şapka” alaraq, onun özünə vermişəm. Bunu da belə əsaslandırırdı ki,
aldığı “şapka”nın çox hissəsini yuxarılara və əməliyyatçı Azərə də
verir. Məhz bunun sayəsində adını yaza bilməyən adamlara saxta yollarla
sənəd düzəldərək, onlara kredit verirdilər”.

Saatlı sakini sonda bildirir ki, müraciət etməkdə məqsədi Bank
Respublikanın Sabirabad filialının rəhbəri Ağadədə Babayevin əməllərinə
qiymət verilməsi və onunla bağlı hüquqi tədbirlərin görülməsidir. O
vurğulayıb ki, ünvanladığı şikayət məktubu eyni zamanda 15 YAP üzvü
tərəfindən də imzalanıb.

Qeyd edək ki, Cabir Cahangirovun dedikləri ilə bağlı biz də bir qədər
araşdırma aparmışıq. JAM.AZ-ın əldə etdiyi məlumata görə, Saatlı
rayonundan olan şəxslərə kredit verilən zaman onlara saxta sənədlərin
hazırlanmasında elə yerli idarə və müəssisə rəhbərləri yardımçı olublar.
Hətta adını yaza bilməyən adama guya, orta məktəbdə müəllim işlədiyinə
dair arayış verilib. Həmçinin analoji proses Saatlı Səhiyyə Şöbəsi və
digər dövlət qurumlarında da yaşanıb.

JAM.AZ-ın araşdırmalarından o da aydın olub ki, kredit şəklində
ayrılmış ümumi məbləğ heç də Cabir Cahangirovun dediyi kimi, 150 min
manat olmayıb. Bu rəqəm 450 min manat civarındadır və prosesə
Sabirabaddan da olan xeyli sayda adamlar cəlb edilib.

Son bilgilərə görə, Saatlıda saxta sənəd verən idarə və müəssisə
rəhbərləri işin üstünün açılmasından ehtiyat edərək, Respublika Bankın
yerli filialının rəhbəri Ağadədə Babayevlə işi ört-basdır etməyə
çalışırlar.

Yazıda adları çəkilən şəxslərin və qurumların nümayəndələrinin də mövqeyini dərc etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=6408

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930