"AST Telman"ın batırdığı milyonlarla bağlı Ərdoğana sorğu

Antalyada açdığı dəbdəbəli “Mardan Palace” otelinə görə “Halk Bank”dan
62,5 milyon dollar kredit alaraq geri qaytarmaması ilə bağlı xəbərlər
Türkiyə mətbuatında böyük əks-səda doğurub
Virtualaz.org azvision.az-a
istinadən xəbər verir ki, bununla bağlı Cümhuriyyət Xalq Partiyasının
(CHP) lideri Kamal Kılıçdaroğlunun müavini Sezgin Tanrıqulu Ərdoğan
hakimiyyətinə rəsmi şəkildə 4 sual ünvanlayıb. CHP bu məqsədlə baş nazir
Rəcəb Tayyib Ərdoğanın müavini Əli Babacana rəsmi sorğu göndərib. O,
sorğusunda Ərdoğan hökumətinə aşağıdakı sualları ünvanlayıb:
1.
Antalyada tikilən və 2009-cu ilin may ayının 26-da açılışı olan təxminən
1,4 milyard dollara başa gələn beşulduzlu “Mardan Palace” otelinin
sahibi, Azərbaycan əsilli rus biznesmen Telman İsmayılova 2009 və
2011-ci illərdə “Halk Bank” tərəfindən verilən 62,5 milyon dolların
batması xəbəri doğrudurmu?
2. “Halk Bank” tərəfindən Telman
İsmayılova verilən 62,5 milyon dollarlıq kreditin qanunsuz olaraq
verilməsi ilə bağlı iddia doğrudur?
3. “Mardan Palace” otelinin
913, 78 kv.m-lik hissəsi dövlət torpaqlarında tikilib. Dövlət torpaqları
isə bankda ipotekaya qoyula bilməz. Amma bildirilir ki, həmin ərazi
bankda ipotekadadır. Bu doğrudurmu?
4. Telman İsmayılovun Türkiyədə ortaq olduğu şirkətlər hansılardır?
* * *
21/04 13:01
Türkiyədə səhmləri dövlətin nəzarətində olan “Halk Bank”la bağlı böyük qalmaqal üzə çıxıb.
Virtualaz.org
saytı xəbər verir ki, Azərbaycan əsilli yəhudi milyarder Telman
İsmayılovun Antalyada açdığı dəbdəbəli “Mardan Palace” otelinə görə bu
bankdan 62,5 milyon dollar kredit alaraq geri qaytarmayıb.
Xatırladaq
ki, “Halk Bank” ötən il dekabrın 17-də Türkiyədə keçirilən rüşvət və
korrupsiya əməliyyatında əsas hədəf olub. Məlum olmuşdu ki, İran əsilli
azərbaycanlı iş adamı Rza Zərrab Türkiyə hökumətinin bəzi nazirlərinin
də yardımı ilə bu bank üzərindən İrana aid on milyardlarla dolların
qeyri-leqal transferini həyata keçirib. Əməliyyat zamanı bankın rəhbəri
Süleyman Arslan də saxlanılmış və onun evində ayaqqabı qutularına
doldurulmuş milyonlarla dollar nağd pul aşkarlanmışdı.
İndi isə
məlum olub ki, “Halk Bank” 5 il əvvəl dünyanın məşhur ulduzlarının
iştirakı ilə açılan “Mardan Palace” otelinin ehtiyacı üçün onun sahibi
Telman İsmayılova 62,5 milyon dollar kredit verib. Lakin kreditin geri
qaytarılmasında problem yaranıb və bank oteli araşdırmağa başlayıb.
Məlum
olub ki, otelin yerləşdiyi ərazinin bir hissəsi dövlətə məxsusdur və
bank geri qaytarılmayan kreditin əvəzində həmin əraziyə iddia edə
bilməz. Xəbərdə bildirilir ki, Telman İsmayılov atasının adını daşıyan
otelin dəbdəbəli açılışını 2009-cu ildə Hollivud ulduzlarının iştirakı
ilə həyata keçirəndən sonra kredit üçün “Halk Bank”ın qapısını döyüb.
“Halk
Bank” rəhbərliyi isə bu cür dəbdəbəli mərasimlə açılan otelə kredit
ayırmaq üçün əlavə zəmanət tələb etməyə ehtiyac görməyiblər.
Lakin
ötən ildən etibarən “Mardan Palace” kreditin geri ödənilməsini
ləngitməyə başlayıb. Bank rəhbərliyi isə durumdan şübhəkənərək “Mardan
Palace” ilə bağlı hesabat hazırlanmasını istəyib. 2013-cü ilin aprelində
hazırlanan hesabata əsasən T.İsmayılov 1,4 milyard dollara başa gələn
otelin inşası üçün başqa türk banklarından da kredit alıb. Lakin bu
kreditlərin məbləği məlum deyil.
Həmçinin məlum olub ki, otelin
yerləşdiyi ərazinin bir hissəsi – 914 kvadratmetrlik ərazi dövlətə
məxsus olub və T.İsmayılov bu ərazini sadəcə olaraq zəbt edib. Ərazi
dövlətə məxsus olduğu üçün bank ödənilməyən kreditə görə həmin ərazini
ala bilməz.
O da məlum olub ki, “Mardan Palace”in yerləşdiyi
ərazinin bəzi hissələrinin sənədləri də qaydasında deyil. Otelin
yerləşdiyi ərazinin 3 hektara yaxını Antalyanın Aksu bələdiyyəsinin
mülkiyyətidir. Həmçinin otelin inşasına dair icazənin yoxa çıxdığı bəlli
olub.
Beləliklə, müəyyən edilib ki, “Halk Bank” mülkiyyət və
inşaat sənədləri baxımından riskli olan oteli maliyyələşdirdiyi üzə
çıxıb. Bankdakı qaynaqlar “AST Telman”ın aldığı krediti hələ geri
qaytarmadığı və problemin davam etdiyini bildiriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=6409