A.M.A.Y Abdulla ətrafındakı şəbəkə

22.04.2014 - 22:16

İş adamına məxsus “Xudafərin” MMC
vətəndaşların külli miqdarda pulunu mənimsəyib

İş adamına məxsus “Xudafərin” MMC
vətəndaşların külli miqdarda pulunu mənimsəyib

 

“A.M.A.Y”
Ticarət Mərkəzinin sahibi, indiyədək adı bir çox qalmaqalda çəkilən Abdulla
Abdullayevin həbs olunması barədə ötən saylarımızda xəbər vermişdik. Xatırladaq
ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan
daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş
İdarəsində araşdırılıb. İlkin araşdırma zamanı toplanmış sübutlar əsasında
Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. “A.M.A.Y
Abdulla”nın həbsindən sonra bəzi maraqlı məqamların üstü açılmağa başlayıb.

Redaksiyamıza
müraciət edən paytaxt sakinlərindən biri qeyd etdi ki, 2011-ci ildə Abdulla
Abdullayevin himayəçisi olduğu “Xudafərin” Məhdud Məsuliyyətli Cəmiyyətin “Ayna
Sultanova” heykəlinin yaxınlığında inşa etdirdiyi göydələndən iki mənzil alıb.
Mənzillərin hər ikisinin pulunu, yəni 165 min ABŞ dollarını Abdulla
Abdullayevin qardaşı oğlu Məğrur Abdullayevə ödəyib: “Bu adamlarla əvvəllər
münasibətim olmuşdu. Amma fırıldaq iş gördüklərini bilmirdim. Sonradan öyrəndim
ki, şirkətin rəhbər işçiləri bir mənzili 10-15 adama satıblar. Şirkətdə tez-tez
direktor dəyişikliyi olur. Dərhal pulu verdiyim şəxslə əlaqə saxlayıb mənzildən
imtina etdiyimi dedim. Mənə məxsus olan mənzillərdən biri başqa adama da
satılmışdı. Eynilə mənə təqdim etdikləri sənədləri həmin şəxsə də vermişdilər.
Bir güclə 80 min dollarımı geri aldım. Ancaq digər mənzilin pulunu, yəni 85 min
dolları bu vaxta kimi ala bilmirəm. Üçüncü ildir ki, məni get-gələ salırlar.
“Xudafərin” MMC-nin təsisçisi Anar Məmmədov adlı şəxsdir. Həm o, həm də Məğrur
Abdullayev gündə bir vəzifəli şəxsin adından istifadə edirlər. Şirkətdən pulumu
tələb edirəm. Yüksək rütbəli şəxslərin adını çəkməklə bizi qorxutmağa
çalışırlar. Mənim kimi onlarla adama atıblar. Bir evi bir neçə nəfərə satıb
camaatı yaman günə qoyublar. Abdulla Abdullayev həbs edilsə də, onun
qohum-əqrəbası, xüsusi olaraq qardaşı oğlu Məğrur Abdullayev qanunsuz işlərini
davam etdirir. Bu insanların fırıldağından yüzlərlə insan əziyyət çəkib”.

Araşdırmalar
nəticəsində öyrəndik ki, Baş Prokurorluq “Xudafərin” MMC-nin haqqında bir neçə
il əvvəl cinayət işi qaldırıb. Bəlli olub ki, şirkət inşası heç də başa
çatmayan binada virtual mənzilləri bir neçə nəfərə satıb. Şirkət 2005-ci ildən
indiyə qədər yüzlərlə vətəndaşdan pul alsa da, onları mənzillə təmin etməyib.
Sözügedən MMC tərəfindən aldadılan və evsiz qalan sakinlərin dəfələrlə
aidiyyəti dövlət orqanlarına etdikləri müraciətlər heç bir nəticə verməyib. Hər
yerdən əli üzülən vətəndaşlar prezident İlham Əliyevə müraciət ediblər. “Mənzil
almaq ümidi ilə 300 nəfər, 2002-2003-cü ildə Atatürk prospektində 30/78(A)
yaşayış binasının tikilməsi üçün “A.M.A.Y” şirkətinə məxsus olan “Xudafərin”
MMC firmasına 9 milyon ABŞ dollarından artıq pul ödəmişik. Bununla əlaqədar
bağlanmış müqaviləyə əsasən, 2006-cı ilin fevral-mart aylarında bina istifadəyə
verilməli idi. Lakin bu günə kimi bina istifadəyə verilməyib”, deyə müraciətdə
qeyd olunub. Göründüyü kimi, şirkət tərəfindən aldadılan insanlar əlacsız
qalıblar. Əldə etdiyimiz məlumatlara görə, Abdulla Abdullayevin həbsi onun
yaxın çevrəsində olan insanların təşvişə düşməsinə səbəb olub. Mötəbər
qaynaqlardan gələn xəbərlərə görə, Abdulla Abdullayevin işlərinin çoxunu icra
edən qardaşı oğlu Məğrur Abdullayevin adı mənzil fırıldağında hallandığı üçün
barəsində cinayət işi açıla və həbs oluna bilər. Baş prokuror yanında
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Abdulla Abdullayevin
qardaşı oğlunun fəaliyyətini mütləq araşdırmalıdır. Məğrur Abdullayevdə əmisi
ilə bağlı çox ilginc faktların olduğu deyilir.

Məqalədə
adı hallanan bütün tərəflərin münasibətini dərc etməyə hazırıq.

 

Elçin

Short URL: http://www.cumhuriyyet.net/?p=6413

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031