Vyana məhkəməsi Elman Rüstəmovu "bitirir"
Mərkəzi Bankının sədrinin müşaviri Abdulla
Məlik-Aslanov Vyana məhkəməsində ifadə verəcəkMərkəzi Bankının sədrinin müşaviri Abdulla
Məlik-Aslanov Vyana məhkəməsində ifadə verəcək
Qiymətli
kağızların çapı zamanı böyük pul oğurluğu və rüşvət qalmaqalında müşavirinin
ifadələri Elman Rüstəmovun taleyini müəyyən edəcək. 20 illik baş bankirimiz Elman
Rüstəmovun adı dünya miqyasında rüşvət skandalında çəkilir. Avstriyanın
paytaxtı Vyana məhkəməsində Mərkəzi Bank və bu ölkənin banknot çapı ilə məşğul
olan “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) şirkəti
arasında rüşvət sövdələşməsinə dair qalmaqallı məhkəmə prosesi davam edir.
Avstriyanın
paytaxtı Vyanada Mərkəzi Bankın sədri Elman Rüstəmovun adı keçən cinayət işi
üzrə məhkəmə prossesində Mərkəzi Bankın “Qara qutu”su hesab olunan Abdulla
Məlik-Aslanov yaxın günlərdə Vyana məhkəməsində ifadə verəcək. Özəl mənbədən bu
barədə qəzetimizə daxil olan məlumata əsasən hazırda Elman Rüstəmovu müşaviri
olan, o dövrdə Mərkəzi Bankın sədrinin müavini olaraq Azərbaycan Mərkəzi Bankında yeni pulların
sifarişi, daşınması və qəbuluna birbaşa məsul olmuş Abdulla Məlik-Aslanov artıq
bu barədə məlumatlandırılıb. Bildirilir ki, Abdulla Məlik-Aslanovun Vyana
məhkəməsinə çağrılması Elman Rüstəmovda və onun ətrafında ciddi təşviş yaradıb.
Mənbə
bildirir ki, Vyana məhkəməsində Azərbaycan Mərkəzi Bankının sədrinin müşavirinə
hansı sualların ünvanlanacağını təxmin etmək heç də çətin deyil. Güman olunur
ki, Elman Rüstəmovun “qara qutu”suna, Azərbaycan manatının 20 faiz baha çapı,
qiymətli kağızların çapı zamanı 20 milyon manatın artıq çap olunması, bu qədər vəsaitin
artıq çapının qanuniliyi, bu əməliyyatın kimin sifarişi ilə həyata keçirməsi
suallar veriləcək. Bu suallara alınacaq cavablar məhkəmə heyətini qane etməzsə,
yeni üzləşmələrin və tədqiqatın həyata keçirilməsi qaçınılmaz ola bilər.
Elə
bu üzdən də Vyana məhkəməsinin başlanğıcından nüfuzuna ciddi xələl gələn Elman
Rüstəmov üzləşdiyi ağır vəziyyətdən çıxmaq üçün yollar axtarır. Qeyd olunur ki,
indiyə qədər işi mətbuatda və məhkəmədə ört-basdır edə bilmək üçün bir ətək pul
xərcləyən baş bankir yenidən kisəsinin ağzını açmaq zorunda qalıb. Elman
Rüstəmov həm öz nüfuzunu, həm də karyerasını xilas edə bilmək üçün Avstriya
məhkəməsində rüşvət qalmaqalını ört-basdır etməlidir. Hadisələrin başqa
variantda inkişafı daha ciddi nəticələrə gətirib çıxara bilər.
Mənbəninin
bildirdiyinə görə Elman Rüstəmov həqiqətən də səriştəli, savadlı məmurdur.
Ümumiyyətlə, aylardır davam edən cinayət işində və məhkəmə prossesində Elman
Rüstəmovun işgüzar nüfuzuna ciddi zərbə vurulub və reputasiyası zədələnib. Daha
artığının olmaması üçün MB sədri əlaqələrini işə salıb. Vyana məhkəməsində isə
iş hələlik davam edir. Əldə etdiyimiz məlumatda göstərilir ki, Rüstəmov
Vyanadakı işdə adının çəkilməsini istəmir və yüksək səviyyədə danışıqlara
gedib, məhkəmədə ona aid bəndlər çıxarıla bilər.
Xatırladaq
ki, bir qədər əvvəl “Vyana işi”ndəki gizli məqamların üstünə işıq salan ilginc
məlumatlar üzə çıxmışdı. Həmin məlumatlarda Avstriya məhkəməsi qarşısına
çıxarılan şahid və təqsirləndirilənlərin adını çəkməyə qorxduğu Azərbaycan
Mərkəzi Bankının (AMB) rəsmisinin adı açıqlanıb. Həmin şəxs hazırda Elman
Rüstəmovu müşaviri olan, o dövrdə müavini olaraq Azərbaycan Mərkəzi Bankında yeni pulların
sifarişi, daşınması və qəbuluna birbaşa məsul olmuş Abdulla Məlik-Aslanovdur. Qeyd
edək ki, söhbət Avstriya Mərkəzi Bankının “Oesterreichische Banknoten-und
Sicherheitsdruck GmbH” (OeBS) adlı törəmə şirkətinin Azərbaycan və Suriya üçün
pul əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin
dövlətlərin Mərkəzi bank rəhbərlərinə rüşvət verilməsindən gedir. Yəni
Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri
sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər.
2005-2011-ci
illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov
və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon
avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün
ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.
Avstriyada
bu qalmaqalla əlaqədar 9 nəfər məsuliyyətə cəlb olunub. Onların arasında
Avstriya Mərkəzi Bankının sədr müavini, bankın pul əskinaslarının çapı ilə
məşğul olan bölməsinə rəhbərlik etmiş 63 yaşlı Volfqanq Duçazek də var.
Short URL: http://www.cumhuriyyet.net/?p=6414