Ukraynanın hərbi təyyarəsi vuruldu
Slavyansk şəhəri üzərində uçan Ukrayna hərbi təyyarəsi vurulub.
Bu haqda Ukrayna Müdafiə Nazirliyi
acıqlama verib. Ukrayna Müdafiə Nazirliyi ölkənin bir hərbi təyyarəsinin
silah atəşiylə vurulması barədə bildirsə də hadisə ilə əlaqədar digər
detallara heç bir şərh verməyib.
“Müşahidə uçuşu
həyata keçirən AN-30 hərbi təyyarəsi kiçik silahlardan atəşə tutulub,
təyyarə hava limanında təcili qəza eniş edib. Ciddi ziyan aşkar
olunmayıb” – deyə nazirlikdən bildirilib.
Ölkənin şərqindəki Donetsk əyalətində yerləçən Slavyansk şəhərinin ruspərəst qüvvələrin nəzarəti altında olduğu məlumdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=6417