Tarixin ən qəddar 10 qadını
Ərinin ətindən yemək bişirən kim, öldürdüyü qızların qanında çimən kim…
Adətən dünyadakı böyük cinayətləri törətmiş insanların
siyahısında əksəriyyət kişilərdən ibarət olur. Bu siyahıda isə biz sizə
dünyanın ən dəhşətli cinayətlərini törətmiş on qadın haqda məlumat
verəcəyik
10) Kraliça Mari -(1516-1558)
Tüdorlar sülaləsinin nümayəndələrindən biri olan kraliça Mari
İngiltərədə protestanlıqdan katolikliyə keçidi zor gücü ilə
reallaşdırmağa çalışan biri kimi yadda qalıb. İngiltərə tarixində
“Marinin zülm dövrü” kimi adlandırılan zaman kəsimində xeyli insan
protestant olduqları üçün edam edilib və bu edamlar Mariyə “Qanlı Mari”
ləqəbini qazandırıb. İngiltərənin ən zəngin 800 insanı onun dövründə
ölkəni tərk edib və yalnız ölümündən sonra geri dönə biliblər. 5 il
hakimiyyət sürən Mari 1558-ci ildə xərçəngdən ölüb. Ondan sonra taxta
çıxan birinci Elizabet ölkəni yenidən protestanlığa qaytarıb.
9) Mira Hayndl (1942-2002)
1960-cı illərin ortalarında törətdiyi cinayətlərə görə İngiltərənin
nifrətini qazanmış qadın. Sevgilisi Len Bredi ilə birlikdə uşaq oğurluğu
cinayətləri törətməklə bərabər, biri 16, digəri 17 yaşında olan
gənclərə işgəncə verib. 12 yaşından aşağı uşaqların zorlanması, işgəncə
verilməsi onun törətdiyi cinayətlər sırasındadır.
Cütlük ilk qətlini 1963-cü ildə törədib. Daha sonra isə qurbanlarının
sayını artırıblar. 36 il həbs cəzasına məhkum edilən Mira 2002-ci ildə,
60 yaşında ölüb. Adı ölkəsində hələ də nifrətlə anılmaqdadır.
8) Birinci İzabella (1451-1504)
İspaniya inkvizasiya tarixinin ən qanlı simalarından biri olan
kraliça İzabella həm də məşhur səyyah Xristofor Kolumbun hamisi
sayılırdı.
O, 31 mart 1492-ci ildə yəhudilərin və müsəlmanların məcburi köçünü
nəzərdə tutan “Əlhamra qərarnaməsi”ni qəbul edib. Buna görə təxminən 200
min insan İspaniyadan qovulub, qovulmayanlar isə dinini dəyişdirməli
olub. Lakin buna qədər daha çox sayda insan kraliçanın əmri ilə edam
edilmişdi.
7) Bevelli Alit (1968)
“Ölüm mələyi” ləqəbli Bevelli İngiltərənin ən çox tanınan
qatillərindən biridir. Tibb bacısı olaraq bir xəstəxanada çalışan Alit 4
uşağı öldürmək və 3-nü yaralamaq ittihamı ilə həbs olunub. O, imkan
tapdıqca uşaqlara insulin və ya potasium vuraraq infarkta səbəb olur,
buna imkan olmadıqda öz niyyətini onları boğmaqla həyata keçirirdi.
Cinayətləri nə üçün törətdiyi haqda heç bir sualı cavablamayan Alitin
davranışları Munhauzen Proksi sindromu ilə əlaqələndirildi. Bu
sindorumun göründüyü insanlar diqqət çəkmək üçün adətən öhdəliklərində
olan insanlara fiziki zərərlər yetirirlər.
6) Bella Qunnes (1859-1931)
Amerikanın tanınmış qatillərindən olan Norveç mənşəli bu qadın iki
ərini, onlardan olan uşaqlarını, sevgililərini öldürüb və heç bir zaman
tutulmayıb. Cinayətlərinin səbəbi çox bəsit idi, qurbanlarının sağlıq
sığortaları, mal-mülkləri, qiymətli əşyaları və onun etdiyi cinayətlərə
şahid olmaları. Bella qəzetə evlilik elanı verir və ər namizədlərini
adətən zəhərləmək yolu ilə öldürürdü. Rəsmi və qeyri-rəsmi məlumatlara
görə, onun 10 il içində öldürdüyü adamların sayı 100-dən çox olub.
5) Mari Ann Kotton (1832-1873)
Qunnesdən 30 il öncə yaşamış bir qatil. 20 yaşında Uilyam Movbrayla
evlənən Mari ailəsi ilə birlikdə Devona köçür. Beş uşağından dördü mədə
ağrısı ilə vəfat edir. Ardından şimala köçən Mari dünyaya üç uşaq da
gətirir, əri isə 1865-ci ildə bağırsaq ağrısından ölür. Buna görə Mari
həyat sığortası şirkətindən 35 min funt qazanır. Daha sonrakı əri və
uşaqları da eyni xəstəlikdən öləndən sonra yerli mətbuat Marinin izinə
düşür və məlum olur ki, Mari tez-tez yer dəyişir və üç əri, bir
sevgilisi, bir dostu və 12 uşağı eyni xəstəlikdən ölüb.
Mari həbs edilir və 1873-cü ildə arsen işlətmə cinayət törətmə
ittihamı ilə edama məhkum olunur. Ona qarşı nifrət o qədər güclü olub
ki, hətta tarixə “Qara dul” ləqəbi ilə keçən bu qatilin cəlladı qadına
duyduğu nifrətdən dolayı onun ölümünü tezləşdirmək üçün verilməsi
gərəkən damlanı verməyib və o əzab içində ölüb.
4) İlse Koç (1906-1967)
“Buhenvald ifritəsi” ləqəbli qatil. O 1937-1941-ci illərdə
Buhenvaldın və 1941-43-cü illər arası isə Majdenak ölüm düşərgələrinin
rəisi işləmiş Karl Koçun arvadı olub. İlse əlində olan sonsuz
imkanlardan yararlanaraq məhkumlara qarşı sadist əməllər törədib. O
öldürdüyü əsirlərin bədənlərindəki döymələri kəsib saxlayırdı.
Müharibədən sonra həbs olunub. 135 insanın ölümünə səbəb olan İlse
1967-ci ildə həbsxanada özünü asıb.
3) İrma Qris (1923-1945)
Digər nasist təfəkkürlü bu qadın isə Ravensbrük, Osvensim və
Belsen-Bergen ölüm düşərgələrində çalışıb. Osvensimə göndəriləndən az
sonra düşərgədə ən böyük ikinci qadın məmur olub. Onun öhdəliyində 30
min yəhudi qadın var idi. İrma yarıac köpəkləri qadınların üzərinə
buraxdırır, onları cinsi zorakılıqlara məruz qoyur, qaz kameraları üçün
məhkumlar seçirdi. Əsirlərə fiziki və pisxoloji təzyiq etməkdən xoşlanan
İrma gözəlliyindən dolayı “Ölüm mələyi” ləqəbini qazanıb. O, 1945-ci
ildə birlikdə mühakimə olunduğu 11 nəfərlə birlikdə asılıb.
2) Katerina Knayt (1956)
Ömürlük həbsə məhkum edilən ilk avstraliyalı qadın olaraq tarixə
düşüb. O 2001-ci ildə boşanma məhkəmələri hələ də davam edən ərini ön və
arxa hissədən 37 dəfə bıçaqlayıb, sonra isə dərisini soyaraq otaqdan
asıb. Bununla kifayətlənməyən qadın onun ətini doğrayaraq soyuducuya
yerləşdirib və ondan uşaqları üçün yemək hazırlamaq istəyib. Lakin
polisin hadisədən xəbər tutması ona əngəl olub. 2006-cı ilə qədər davam
edən məhkəmədən sonra ona ölüm hökmü verilib.
1) Elizabet Batori (1560-1614)
Macarıstan və dünya tarixinin ən dəhşətli qatillərindən biri.
Elizabet Batori Sejte qəsrində yaşayan bir zadəgan idi. O, yoxsul
ailələrdən olan qızları yaxşı maaşlı iş təklifi ilə qəsrinə gətizdirir
və sonra bu qızlardan heç birindən xəbər alınmırdı. Qurbanlarını uzun
müddət döyür, işgəncə verir və onların ölümünü izləməkdən həzz alırdı.
O, 1585 və 1610-cu illər arasında ən az 650 qadını işgəncədən keçirib
öldürmüşdü. Törətdikləri əməllər ortaya çıxandan sonra elə öz qəsrinə
həbs edildi. O, yemək verilmək üçün yalnızca balaca bir dəliyi olan
otağa salındı və üç il sonra aclıqdan öldü.
Təsdiqlənməyən rəvayətlərə görə, o həm də öldürdüyü qadınların
qanlarında çimməyin onu cavan saxladığını düşünür və tez-tez bu cür
vanna qəbul edirmiş.
Short URL: http://www.cumhuriyyet.net/?p=6419