Şıxlinskayanın klinikasında soyğunçuluq

23.04.2014 - 00:18

Leyla Şıxlinskaya klinikasında can bazarı…

Tbilisi prospekti 100, mənzil 26-da yaşayan Əlimürsəl Hacızadə
Leyla Şıxlinskayanın klinikasının həkim personalının qeyri-qanuni
hərəkətlərindən və özbaşınalıqlarından narazıdır. Bugun.az xəbər verir
ki, o başına gələnlərlə bağlı “Qafqazinfo” ya şikayət məktubu göndərib. 

Şikayətçi bildiri ki, martın 14-də şikayətçinin əkiz nəvələri Neftçilər Xəstəxanasında dünyaya gəlib:

 “Doğum evinin pediatrı Nigar xanım uşaqları müayinə edərkən oğlanda
atriziya olduğunu aşkar edib. Nigar xanım müalicə üçün Kübra Fərəcova
adına Elmi-Tədqiqat və Pediatriya İnstitutunun bu sahə üzrə mütəxəssisi
professor Gündüz Ağayevlə məsləhətləşdiyini deyərək  uşağın əməliyyata
ehtiyacı olduğunu bildirib. Biz də dərhal razılaşdıq. Professor onu da
bildirib ki, burada əməliyyat oluna bilər, ancaq əməliyyatdan sonra
uşağa qulluq aşağı səviyyədə idi. Biz ailə üzvlərimizlə dəhlizdə
məsləhətləşərkən professor Ağayevin assistenti bizə bildirdi ki, Gündüz
Ağayev Leyla Şıxlinskaya xəstəxanasında da əməliyyatlar həyata keçirir
və orada əməliyyatdan sonrakı qulluq daha yüksək səviyyədədir. Biz
professorla razılaşıb Leyla Şıxlınskaya klinikasına gəldik. Burada
uşağın əməliyyat olunması və əməliyyatdan sonrakı mərhələdə uşağa
xidmətlə bağlı qiymətləri bizə təqdim elədilər. Əməliyyat və
əməliyyatdan sonrakı 10 gün üçün bizdən 3500 manat istənildi. Nəzərinizə
çatdırım ki, bir çarpayının bir günlük qiyməti heç bir dərmansız 180
manatdır.

Biz hər şeyə hazır olduğumuzu bildirdik. Bizimlə sövdələşən baş həkim
Ələkbər Kərimov idi. O dərhal uşağın klinikaya gətirilməsi üçün
ambulans maşınına göstəriş verdi. Amma sən demə Leyla Şıxlinskaya
klinikasında bütün göstərişləri baş həkimin müavini Sevda xanım
verirmiş. Biz uşağın gətirilməsinə hazırlaşmaq istəyərkən tibb
bacılarından biri bizə yaxınlaşıb bildirdi ki, Sevda xanım bu işə yox
deyib. Biz də səbəbini öyrənmək üçün Sevda həkimin yanında olduq. O,
bizi görən kimi, bunun çox çətin əməliyyat olduğunu və buna çoxlu maddi
vəsait tələb olunacağını bildirməklə, dönə-dönə bizdən bu məsrəfləri
ödəməyə hazır olub-olmadığımızı soruşdu. Cavab verdim ki, artıq 5-ci
dəfədir ki, bizə əməliyyatın ağır olduğunu deyiblər. Siz əvvəl xəstəni
qəbul edin öz borcunuzu yerinə yetirin. Biz hər şeyə hazırıq.

Mən Sevda xanıma bildirdim ki, biz sizin klinikaya sadəcə mütəxəssis
professor Ağayevin arxasınca gəlmişik. Çünki o, əməliyyatın bu klinikada
keçirilməsini məqbul hesab etmişdi. Beləliklə, uşaq dünyaya gələn günün
səhəri ayın 15-də saat 16:00-da həkim Ağayev əməliyyata başladı. 2 saat
davam edən əməliyyatdan sonra Ağayevlə görüşdük və o, bizə əməliyyatın
uğurlu keçdiyini bildirdi. Bundan sonra uşaq 33 gün həmin klinikada
qaldı. 10 gün ərzində pediatriya şöbəsinin müdiri Sahib Cəfərov
olmadığından bütün işlər Bəxtiyar həkimə tapşırıldı. Bizdə də o həkimə
inam yarandı”.

Ə. Hacızadə qeyd edir ki, bir müddət sonra uşağın böyrəküstü vəzlərinə qan sızdığı barədə onlara məlumat verilib:

“Təxminən 5 gün sonra qan sovrulmağa başlayıb. Təbii ki, bütün bu
müddətdə uşağa daimi sistem köçürülüb. Sistem vasitəsi ilə uşağa vurulan
dərmanların təsirindən onun bədənində şişmə var idi. Onu da qeyd edim
ki, uşağa vurulan dərmanların hər biri 218 manatdan hesablanırdı.
Nəhayət , pediatriya şöbəsinin müdiri doktor Cəfərov işə qayıtdı və
bütün işləri öz nəzarətinə götürüb. Amma biz nədənsə Bəxtiyar həkimə
daha çox inanırdıq. Çünki Cəfərovun danışıqlarından bu əməliyyat haqda
anlayışsız olduğu aydın olurdu. Uşaqda müsbət simptomların olduğunu
görən professor Gündüz Ağayev uşağın göbək nahiyəsindən onun qidalanması
üçün yenidən əməliyyat edib zond qoydu ki, körpənin az da olsa ana südü
ilə qidalanmasını təmin edə bilsin. Həkim bildirdi ki, bu onun qida
borusunun tezliklə sağalmasına və ümumiyyətlə bədəninin müqavimətinin
artmasına kömək göstərəcək. Bir neçə gündən sonra doktor Ağayev öz işi
ilə əlaqədar Strasburqa gedib.

Qeyd edim ki, uşağın anası hər gün onun yanına gedirdi. Gün-gündən
uşağın səhhətində yaranan müsbət dəyişikliyi o da hiss edirdi. Günlərin
bir günü bizə bildirdilər ki, tibb bacısının səhlənkarlığı ucbatından
uşağın qidalanması üçün qoyulan zond mədədən çıxarılıb. Həmin vaxt
professor Ağayev Strasburqda olduğundan şöbə müdiri Cəfərov başqa
xəstəxanalardan həkim dəvət edib zondu yerinə salmaq istəsə də bu mümkün
olmadı. Biz Cəfərovdan zondun necə çıxdığını soruşduq. “Zond Ağayev
tərəfindən fiksasiya olunmayıb (yəni bərkidilməyib). Buna görə də çıxıb
deyə” bizə cavab verdi.

Nəhayət, professor Ağayev Strasburqdan qayıdıb. Lakin o da heç nə edə
bilmədi. Uşağın mədəsinə qoşulmuş zonda çıxandan sonra qidalanma
yenidən ancaq sistem köçürmə vasitəsi ilə həyata keçirildi. Uşaq az da
olsa qəbul etdiyi ana südündən məhrum oldu və ancaq kimyəvi dərmanlarla
qidalanıb. “Peşəkarların” səvatsızlığına baxmayaraq uşaq həyat uğrunda
mübarizə aparırdı. Və onun vəziyyətində mənfi tendensiya hiss olunmurdu.
Tibbi personal da deyirdi ki, vəziyyəti sabitdir. Əməliyyatdan sonra
25-ci gün yenidən doktor Ağayev Moskvaya gedəcəyini bildirdi. Biz səfər
ərəfəsində onunla görüşüb uşağın durunumu soruşduq. O bildirdi ki, mən
dünən müayinədən keçirmişəm xüsusi vasitə ilə yoxlanıb heç bir fəsad
aşkarlanmayıb. O, 5 gün sonra qayıdacağını və bir daha yoxlayaq sonrakı
prosedurları müəyyən edəcəyini bildirdi. Doktor gedən gündən sonra
uşağın vəziyyəti pisləşib. Onu da qeyd edim ki, əməliyyat zamanı
köçürdüyümüz 3500 manatdan sonra mən klinikaya müxtəlif vaxtlarda 750 və
850 manat pul köçürmüşdüm. Aprel ayının 17-də səhər saat 08:45-də isə
mənə klinikadan zəng oldu və uşağın keçindiyi bildirilib. Mən yox,
qohumlarım Sevda xanımla bir daha görüşdülər. O “mən sizə demişdim, bu
ağır əməliyyatdır, indi belə oldu, neynəmək olar” dedi. Daha sonra mən
doktor Cəfərovla telefonla danışdım. O isə mənə özünün də başına belə
bir iş gəldiyini və bizim uşağı çox istədiyini, hətta vəziyyəti
pisləşəndə ona özünün 40 qram qan verdiyi söylədi.

Qeyd edim ki, uşaq bu hadisədən bir gün əvvəl çimizdiriblər.
Çimizdirən tibb bacısı isə doktor Cəfərovdan sorurmuş ki, bəlkə
çimizdirdiyimizə görə uşaq soyuqlayıb? Çünki bizə bildirdilər ki, uşaq
plevmaniyadan ölüb.

Necə ola bilər ki həkim yoxlanılmadan qeyri-qanuni şəkildə uşağa öz
qanını verib? Uşağı özbaşına necə çimizdirmək olar? Orda qalmağın bir
günü 180 manatdır. Düşünürəm ki, həkimlərin bilərəkdən yol verdiyi bütün
səhvlər xəstənin daha bir neçə gün orda qalması ilə bağlıdır. Mən kimin
günahı varsa hüquq mühafizə orqanları tərəfindən araşdırılacağını qeyd
edəndə həkim Cəfərov mənə dedi ki bura özəl klinikadır. Belə çıxır ki,
özəl klinikalar özbaşınadır? Buna görə də mən baş verən bu özbaşınalığı
və həkim adına yaraşmayan hərəkətləri ilə nəvəmin yaşamaq şansının
üstündən xətt çəkənlərin əməllərinin araşdırılması üçün hüquq mühafizə
orqanlarına müraciət edəcəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6420

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930