Hakimiyyətdə "WikiLeaks" fırtınası

23.04.2014 - 10:21

Hakimiyyətdə “WikiLeaks” fırtınası

Qruplaşmalar bir-birlərinə qarşı məşhur saytın məxfi materiallarından istifadə edir
Hakimiyyət daxilində gedən “nurçu savaşı”nda ABŞ Dövlət Departamentinin məxfi sənədlərini yaymaqla məşhurlaşan “WikiLeaks” saytının materiallarından da istifadə edilməyə başlayıb. Elə dünən virtualaz.org saytı bu materiallardan bir neçəsini yayıb. Həmin materiallar Prezident Administrasiyasının (PA) siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovla “Stratfor”la əməkdaşlığına dairdir. 
WikiLeaks-ın materiallarından istifadə edən sayt iddia edir ki, Elnur Aslanov özəl kəşfiyyat qurumu olan “Stratfor” tərəfindən ələ alınıb: “Stratfor”un müxtəlif əməkdaşları Elnur Aslanovu dəfələrlə ələ alıblar və elektron məktublara nəzər salsaq, bunun müxtəlif vaxtlarda bir neçə dəfə baş verdiyi görünər. Elə buna görə də Vaşinqtonda ona və qruplaşmasının komandaya çevrilmiş üzvlərinə kəşfiyyat xarakterli suallar göndərməkdən çəkinmirdilər. Budur, Vaşinqtondan 2010-cu ilin dekabrında göndərilən və birmənalı şəkildə dövlət sirrinə aid edilə bilən sorğulardan biri: Louren Qudriç (Lauren Goodrich) yazır: “Mən Prezident Administrasiyasının nümayəndələrinin ABŞ-la bütün problemlərdən sonra Moskvaya yollanmasını maraqlı hesab edirəm. Mənə maraqlıdır ki, Rusiya onlara nə vəd edir. Mənim salamımı … çatdırın”.
“Straftor” təşkilatı araşdırma mərkəzi kimi tanınır. Azərbaycan hakimiyyəti də zaman-zaman bu təşkilatla əməkdaşlıq edib və qurumun analitik materiallarından öz maraqları naminə yararlanıb. Hakimiyyətə yaxınlığı ilə seçilən “APA Holding”in də “Stratfor”la əməkdaşlıq sazişi var və bu ictimaiyyətə də bəyan edilib. Lakin indi “Stratfor” özəl kəşfiyyat qurumu kimi təqdim olunur. Elnur Aslanovun adıçəkilən təşkilatın əməkdaşı Reve Balla ilə yazışması və görüşməsi PA-nın sabiq şöbə müdirinin ələ alınması kimi qiymətləndirilir. Görünən odur ki, hakimiyyətdə qarşıdurma çox dərinə işləyib və artıq qruplaşmalar bir-birlərini məhv etmək üçün hər addımı atmağa hazırdırlar. 
Qudriçin məktubuna gəlincə, bu, APA-nın əməkdaşı Zaur Həsənova yazılıb. “Stratfor”un əməkdaşının salam göndərdiyi şəxs isə “APA Holding”in rəhbəri Vüsalə Mahirqızıdır. WikiLeaks saytından məktubla ətraflı tanış ola bilərsiniz.
Beləliklə, indi WikiLeaks hakimiyyət daxili qruplar üçün kompramat dolu boxça rolunu oynayır.

Short URL: http://www.cumhuriyyet.net/?p=6424

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930