ABŞ Avropaya qoşun göndərdi

23.04.2014 - 11:27

600 nəfər ABŞ əsgəri yaxın günlərdə keçiriləcək hərbi təlimlərdə iştirak etmək üçün Polşa və Baltikyanı ölkələrə göndərilir

 

ABŞ təlimlərdə iştirak etmək üçün Avropaya qoşun göndərir. 600 nəfər
ABŞ əsgəri yaxın günlərdə keçiriləcək hərbi təlimlərdə iştirak etmək
üçün Polşa və Baltikyanı ölkələrə göndərilir. 

Pentaqonun sözçüsü kont-admiral Con Kirbi bunun Krımın Rusiya
qoşulmasından sonra narahat olan NATO müttəfiqlərinə dəstək məqsədilə
edildiyini bildirib. Con Kirbi sözlərinə görə, Polşa, Latviya, Litva və
Estoniyada aparılması nəzərdə tutulan hərbi manevrlər əvvəlcədən
planlaşdırılmış cədvəl üzrə ABŞ və onun avropalı müttəfiqlərilə həyata
keçiriləcək . 

“Amerika Birləşmiş Ştatları NATO Nizamnaməsinin 5-ci maddəsinin
öhdəliklərini nəzərə alaraq təlimlərə start verir. Bu, Avropada
təhlükəsizlik öhdəliklərinə bizim nümayiş etdiyimiz diqqətdir”, –
Pentaqonun mətbuat xidmətinin nümayəndəsi bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=6434

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930