Azərbaycan neftinin qiyməti artmağa davam edir

18.05.2016 - 10:09

buruqDünya neft bazarında Azərbaycan neftinin qiyməti ikinci gündür ki, durmadan artır. Bu günə olan məzənnəyə görə bir barrel “AzəriLayt”ın qiyməti 50.73 dollardır. ANS TV-yə istinadən verilən məlumatda “qara qızıl”ın qiymətinin artdığı deyilib.

Qiymət artımına səbəb kimi bir neçə faktor əsas gətirilib. İran və Nigeriyada ümumi neft hasilatının aşağı düşməsi neft bazarına təsir edib. Kanada ərazisində baş verən və neft əldə edilən ərazilərə toxunan yanğınlar “qara qızıl”ın bahalaşmasına gətirib çıxarb.

Fort Mak-Myurreydə meşə yanğını, Kanada

Bir neçə gün öncə OPEK Azərbaycanın neft hasilatını azaltması barədə hesabat yayıb. Azərbaycanda 2016-cı ilin martında gündə 0.84 milyon barel neft hasil edilib. Bu rəqəm yanvar və fevral aylarına nisbətən 10 və 20 min barel azdır. Hasilat barədə məlumatlar OPEC-in may ayı üçün dərc edilən məruzəsində bildirilir.

Təşkilatın hesablamalarına görə, Azərbaycan 2016-cı ildə neft hasilatını gündə 40 min barel (gündə 0.82 milyon barelə qədər) azalacaq. Azərbaycanda hasil olunan neftin əsas həcmi “Azəri-Çıraq-Günəşli” yatağının payına düşür.

BP-nin məlumatına görə, 2015-ci ilin əvvəllərində Azərbaycanda neft ehtiyatlarının təsdiq edilmiş həcmi yeddi milyard barel təşkil edir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 2015-ci ildə 41,69 milyon ton neft və qaz kondensatı çıxardılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=64356

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728