Rauf Mirqədirovun həbsinə beynəlxalq reaksiyalar

23.04.2014 - 11:35

“Azərbaycan Avropada daha çox jurnalisti həbs edən ölkəyə çevrilir”

 

Beynəlxalq qurumlar jurnalist Rauf
Mirqədirovun “casusluq” və “dövlət sirri təşkil edən məlumatı” ötürməkdə
ittiham olunmasına və həbsinə münasibət bildiriblər.
Avropa
Şurasının İnsan Haqları üzrə komissarı Nils Muiznieks bu xəbəri
“narahatlıqla” qarşıladığını, məsələnin “çox problemli” olduğunu “BBC
Azərbaycanca”ya bildirib.
“Bu, oxşar həbslər silsiləsinin son
nümunəsidir. İlk dəfə deyil ki, Azərbaycan-Ermənistan münaqişəsində
vətəndaş diplomatiyasında iştirak etməyə çalışan adam casusluqda ittiham
olunur”, – deyə Muiznieks bildirib.
Məsələyə münasibət bildirən
ABŞ-ın Azərbaycandakı səfirliyi də “narahatlığını” ifadə edib. “Biz
Mirqədirovun Azərbaycan hökumətini tənqid edən yazıları, yaxud onun
Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası
cəhdlərində iştirakından dolayı həbs olunması iddialarına görə
narahatıq”, – deyə “Azadlıq” radiosu səfirliyin mətbuat xidmətindən
sitat verir.

Baş ofisi Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi (JMK) də Rauf Mirqədirovun həbsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda
bildirilir ki, jurnalist tez-tez öz şərhlərində Türkiyə və Azərbaycan
hakimiyyətini insan haqlarının pozulmasına görə tənqid edib:
“Ayna-Zerkalo” qəzetində verilən məlumata görə, Raif Mirqədirov
qeyri-hökumət layihələri çərçivəsində 1990-cı illərdən diplomatik
əlaqələrin kəsildiyi Azərbaycan-Ermənistan arasındakı dialoqlarda
iştirak edib”.
Rauf Mirqədirovun Azərbaycanda barmaqlıq arasına
salınan 9-cu jurnalist olduğunu vurğulayn JMK onu da əlavə edir ki,
Azərbaycan bu ilin may ayında rotasiya qaydasında Avropa Şurasına
rəhbərlik edəcək.
JMK-nın Orta Asiya üzrə koordinator Nina
Ognianova Azərbaycan hakimiyyətini jurnalistə qarşı təzyiqlərə son
qoymağa çağırır: “Azərbaycan getdikcə Avropada jurnalistləri daha çox
həbs edən ölkəyə çevrilir”, – deyə o bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=6439

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930