Suriyaya keçmək istəyən azərbaycanlılar tutuldu
Türkiyə sərhədçiləri gizli yolla
Suriyaya keçmək istəyən 8 nəfəri saxlayıb. Onlardan 7-si əcnəbi, biri isə Türkiyə vətəndaşı olub.
Qaçaqmalçılar Kilisin Elbeyli
rayonunda tutulublar. Saxlanılanlar arasında Rusiya, Tunis, iki
Azərbaycan vətəndaşı (R.S. və A.L), Almaniya, Səudiyyə Ərəbistanı,
Suriya vətəndaşları olub.
Sərhəddi keçmək istəyənlərə “dayan”
əmri verilib. İfadələri alınan şəxslərdən türk vətəndaşı sərbəst
buraxılıb. Digər 7 nəfər isə deportasiya edilmək üçün Polis İdarəsinin
Əcnəbilərlə iş üzrə şöbəsinə təhvil verilib.
Qeyd edək ki, Suriyadakı ixtişaşlar nəticəsində bu günə kimi onlarla azərbaycanlı öldürülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=6445