Dövlətə xəyanət partiyası
çəksəm, məni də tutdurarlar (Onsuz da çoxdan belə bir istəkdədirlər). O
partiyanın xəyanət partiyası olduğunu bilməyən yoxdur. Gündəlik
keçənəcəkdən, dolanışıq dözülməzliyindən tutmuş, “balanslı siyasətə”,
DƏHŞƏTLI dərəcədə “uğurlu neft-qaz strategiyasınadək” o partiyanın
xəyanətləri saysızdır.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı” 51 milyard
manatlıq oğurluq, yeyinti-mənimsəmə, 17 milyard manatlıq ayrı bir
oğurluq, 48 milyard dollarlıq offşor faktı, gömrükdəki milyardlarla
“özəlləşdirmə”, vergidəki, sosial təminatdakı ölkəboyu
yeyinti-dağıntı… təkcə 2009-cu ildə ölkədə 16,5 milyon ton neft
oğurlanıb. Pula çevirəndə bu, 7 milyard, 127 milyon, 663 manat, 71
dollar edir. Rövnəq Abdullayevlə Anar Əliyevi də bunun üstünə gəlsək,
milyardlarla oğurluqdan danışmaq gərəyi yaranar. Fövqəladə Pullar
nazirinə bağlı 300 şirkət, Nəqliyat nazirinin oğlunun ABŞ
konqresmenlərinə verdiyi 500 min manatlıq qonaqlıq… bir də özünü
yandırmaq-öldürmək yoluna sürüklənən Qarabağ döyüşçüləri.
29 avqust 2013-cü il. Saqatlı rayonu. Dövlət başçısı – prezident 21
kilometrlik Qarayevkənd-Smadakənd yolunun 11-ci kilometrinin açılış
lentini kəsərkən etdiyi geniş çıxışında bildirir: “Bu yol mənim
bilavasitə tapşırığımla dünya standartlarına uyğun olaraq çəkilib”.
Aradan vur-tut 7 ay keçib, prezidentin tapşırığıyla “dünya
standartlarına uyğun olaraq çəkilmiş” o yol dönə-dönə
uçulub-dağıldığından, indi orada üçüncü-dördüncü təmir işləri gedir. 11
kilometrlik o yola prezident indiyədək üst-üstə 7,5 milyon manat pul
ayırıb. Dünya standartlarına gəlincə, bu, ən azı, 30 illik qarantiya
deməkdir. Böyük pulla, (burada 7,5 milyon m.) çəkilən yolun bir neçə ay
sonra dağılması dövlətə xəyanət faktıdır. Bakıdan Balakənə, Astaradan
Ağstafayadək ölkənin soyulub-yağmalanması, dövlət büdcəsinin dağıdılması
baxımından Azərbaycan DÖNÜKLÜK – XƏYANƏT faktları ilə aşıb-daşır.
Ancaq, Azərbaycanda 93-dən bu yana Xalq hakimiyəti yerinə antiXalq
hakimiyəti qurulduğundan, Demokratik Hüquq dövləti yerinə saray dövləti
formalaşdırıldığından, bir çox bəlli qurumlar bu saray dövlətini qoruma
qurumlarına çevrildiyindən xəyanət-cinayət anlayışları baş-ayaq
salınıb.
Buna görə əsgər ölümünə yol verənlər deyil, “Əsgər ölümünə son!”
deyənlər bu ölkədə xəyanətkar-cinayətkar sayılır. Buna görə bu ölkədə
rejimə qarşı kəskinliklə çıxan partiyanın qərərgahı partladılır. Buna
görə bu ölkədə gerçəyi yazan TƏK müxalifət qəzetinə min bir əngəl
yaradılır. Buna görə bu ölkədə rejimə, rejim yalanlarına qulluq etməyən
istənilən jurnalistın real-potensial suçlaması DÖVLƏTƏ XƏYANƏTDIR.
Dövlətin başında duran adam Orta çağ düşüncəsində bulunaraq “Dövlət
mənəm!” davranışları sərgiləyirsə, ölkədəki qanun qurumlarından:
gizli-açıq polisdən, prokurorluqdan, məhkəmədən qanunçuluq gözləməyə
dəyərmi?!
Bütün bunlara görə rejim sözçüsü Əli Həsənov 2013-cü il prezident
seçkisindən bir il öncə demişdi: “Hakimiyətə gəlmək istəyənlər xalqın
qanı üzərindən keçməli olacaqlar”. Buna görə adama ödül düşür: kriminal
rejim gerçəyini olduğu kimi dilə gətirdiyi üçün! Bunu da seçkiqabağı
Ə.Həsənov demişdi: “Biz Avropa iqtisadiyatına sərmayə yatırırıq”.
Azərbaycanda rejim dəyişikliyinə yol verməmək üçün “Avropa
iqtisadiyatına sərmayə yatırmaq?, – bu sizin üçün daha balanslaşdırılmış
siyasət deyil, birbaşa hədəfə vuran STINGER siyasətdir! Bu sayaq
STRATEJI siyasətlərin ardınca jurnalist nədi, dövlətin özünü də dövlətə
xəyanətdə suçlayıb TÜRMƏLIK etmək olar!
Budur, ortada “əsaslı şübhələr olduğundan”, jurnalisti “dövlətə
xəyanət” suçlaması ilə tutub türməlik etdilər. Tanış tarix
görsənişləridir: 1993-dən 1937-lərə doğru…
Short URL: http://www.cumhuriyyet.net/?p=6446