Almaniya Putinin qarşısında məğlubiyyəti etiraf etdi
Almaniya Putinin qarşısında məğlubiyyəti etiraf etdi
“Axar.az” xəbər verir ki, bu sözlərlə Almaniyanın məşhur “Berliner Zeitung” dərgisi çıxış edib. Məqalədə qeyd olunur ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının müşahidəçiləri Ukraynanın Şərqindəki vəziyyəti müşahidə etsələr də, bu, heç nəyi dəyişməyəcək: “Cenevrə razılaşmasının sülhsevər bir yol oynamadığı qısa müddətdə ortaya çıxdı. Çünki bütün tərəflər müqavilədən özünə sərf etdiyi kimi istifadə edir. Bu vəziyyətdə ATƏT müşahidəçilərinin nəsə edə biləcəyinə ümidlənmək əbəsdir. Bu müşahidəçilər işin sonunda Yuqoslaviyanın dağılması, yaxud Rusiyanın Cənubi Osetiyaya müdaxiləsi zamanı hansı mövqedən çıxış etmişdilərsə, indi də belə olacaq. Hələ ki, qalib Putindir”. Qeyd olunur ki, Polşa Baş naziri Donald Tusk Rusiyadan asılılığı azaltmaq üçün AB-nin Banklar Birliyi modelində bir Enerji Birliyi yaratmasını təklif edir: “Tuskun təklifi 28 ölkənin daxil olduğu birliyin vahid qaz idxalını və hər hansı təhlükə yaranarsa, Birliyin köməyini nəzərdə tutur. Böhranın yaratdığı aktuallığa baxmayaraq, Tuskun Rusiyadan təbii qazı birlikdə alma təklifi realdırmi? Moskva milli maraqlar naminə qonşuya ucuz qaz satma taktikasından dönməyəcək”. Məqalədə bildirilir ki, avropalıların gözündə bir çox AB ölkəsinin bel bağladığı nüvə enerjisi, kömür kimi mövcud alternativlər də çox müvəffəqiyyət vəd etmir. Bu səbəbdən enerji siyasətinə tamamilə yenidən baxılması lazım olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=6456