Siraqəddin Cabbarovun müavininin bahalı obyekti üzə çıxdı
Bakıdakı məşhur “Çeburaşka” apteki Saatlı icra başçısının müavini İlham Quliyevin imiş
Bakıda əksər bahalı ticarət obyektləri və ya mərkəzlərin əksəriyyəti
əyalət məmurlarına məxsus imiş. Xüsusən də bu sırada icra başçıları yox, onların birinci müavinləri daha
çox irəli getməyi bacarıblar.
Araşdırmalar nəticəsində məlum olub ki, Bakıda məşhur “Çeburaşka” apteki
və onun yerləşdiyi mənzil icra başçılarından birinin müavininə aid
imiş. “5 Mərtəbə” kimi tanınan ərazidə yerləşən bu obyektin dəyəri isə
3-4 yüz min manat civarındadır. Həmin məşhur aptekin yerləşdiyi obyekt Saatlı
rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyevindir.
Həmin obyektin əldə edilməsi isə bir neçə il bundan əvvələ təsadüf edib.
Bundan başqa, İlham Quliyevin Bakıda daha bir neçə obyektinin olduğuna
dair də məlumatlar var. Onları dəqiqləşdirərək, bilgi verməyə
çalışacağıq.
Qeyd edək ki, Saatlının icra başçısı Siraqəddin Cabbarovun “sağ əli”
kimi tanınan İlham Quliyevin adı indiyə qədər rayonda bir sıra
qalmaqallara qarışıb. Onların sırasında ən məşhuru isə rayondakı əhaliyə
məxsus torpaqların zorla zəbt edilməsidir. Bu yaxınlarda JAM.AZ-a
müraciət edən bir qrup rayon sakini dövlət başçısından məsələyə müdaxilə
etməsini istəmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=6458