Qazaxda sığorta fırıldağı

23.04.2014 - 15:14

Bu gün ictimaiyyət arasında sığorta haqqında nə qədər təbliğat aparılsa da yenə öz bəhrəsini vermir.
Bu gün ictimaiyyət arasında sığorta haqqında nə qədər təbliğat aparılsa da yenə öz bəhrəsini vermir.

Bunun əsas səbəbi millətin qarşısında sığorta
şirkətinin etmadsızlığıdır. Əhalininn çalışdığı idarə, müəssisə və
təşkilatlatlarda rəhbərlər inzibati amirlik yolu ilə tabeçiliyində
olanları incidirlər ki, məcburən sığorta olunsunlar. Bu o demək deyil
ki, müdir işçilərinin qayğısına qalır. Əsla! Onlar da icra
hakimiyyətindən ehtiyatlanırlar ki, sığortanın üstündə icra başçısı ilə
sözə gəlməsinlər. Nəticədə, işçi sığortaya verəcək pulu sanki, “başına
dolayıb” verir ki, incidilməsin. Daha onun heç yadına da düşmür ki, nə
vaxtsa qolu, qıçı sınsa sığortaya müraciət edəcək. Onsuz da millət yaxşı
başa düşür ki, sıgorta təşkilatına müraciət etsə də müdirlər elə
sənədlər tələb edəcəklər ki, həmin sənədləri 1 ilə yığmaq mümkün deyil.

Dövlət sığortası özəlləşdirilib?

Dediklərimizə əsas olaraq Azərbaycan Respublikası Dövlət Sığorta
Kommersiya Şirkətinin Qazax filialını da həmin cərgədə göstərmək olar.
Suyun bir yerdə qaldığı zaman iy verməsi təbii ki, hamıya yaxşı
məlumdur. Eləcə də ölkədə işin hərəkətverici qüvvəsi birinci vəzifə
sahibləridir. Diqqət etsək görərik ki, kim ki uzun illərdi vəzifə
stulundan bərk-bərk yapışıbsa, həmin idarə, müəssisə və təşkilatda
qətiyyən sıravi kütlə üçün din-bərəkət yoxdur. Əksinə, həmin təşkilatda
korrupsiya, rüşvətxorluq, anarxiya və özbaşınalıq ayaq tutub yeriyir.
Dediklərimizi dövlət sığorta kommersiya şirkətinin Qazax rayon
filialının müdiri Mübariz Abdullayevə də şamil etmək mümkündür.

Əhali özəl sığortalara niyə qaçır?

Tia.az-a verilən məlumata görə, Mübariz Abdullayevin şəxsi münasibəti
dövlət sığorta şirkətinin prezidenti ilə elə də pis deyil. Belə isti
münasibətlərə səbəb kimi aşağının yuxarıya “maxinasiyalarla” yaxşıca
hörmət etməsi də ictimaiyyət arasında səslənməkdədir. Bu cür vəziyyət
isə sığortaçının vaxtında sığortasını ala bilməməsinə, eyni zamanda
bürokratik əngəlliklərə gətirib çıxarmasına səbəb olur. Bununla da
Mübariz Abdullayevin hərəkətləri sığortaçıda mənfi rəy və ümidsizlik
yaradır.
Biz deyərdik ki, erməni ilə həmsərhəd olan Qazax əhalisinin gözü “od
götürüb”. Yəni, əhaliyə o qədər “xox”lar edilib ki, millət başını
ağrıtmamaq üçün axırda hər şeyə razı olur. Məmurlarda da insaf yoxdur.
Yəni, bəlkə də Qazax sığortaya alınmada bütün rayonlardan qabaqdadır (Bu
ifadələr şəxsi fikrimizdir). Buna görə də ən çox özəl sığorta
təşkilatlarının filialları da Qazaxdadır. Əlbəttə, sığortalanma getməsə,
rəhbərlik qazanc götürməsə filalını bağlayar. Baxın ki, dövlət
sığortası məlum səbəblərdən özünü necə göstərib ki, hamı özəl
sığortalara qaçır.

Sığortalanmayan sığorta alır, sığortalanan isə…

Bu ifadələrin nə dərəcədə doğru olub, olmamasını Mübariz Abdullayev və
onun idarəsindəki sənədlər, bir də bank daha yaxşı bilər. Dilimizdə
düzəlməyən işi “birtəhər düz, qoş ” söhbəti var. Qazaxdakı dövlət
sığortası belə işin pərgarı kimi söylənilir. Bir tərəfdən də Mübariz
Abdullayev köhnə partokrat olduğundan belə dəzgahlarda işləməkdə tam
səriştəlidir. Dəqiq bilməsək də yaxşı yadımızdadır. Sığortalanmamış evə
və maşına hadisədən sonra sövdələşmə və sənəd saxtalaşdırılması yolu
ilə sığorta verib.
O da məlumdur ki, əsgəri xidmətə çağırılan hər bir şəxs dövlət
tərəfindən birbaşa sığortalanır. Bəs necə olut ki, əsgər xidməti zamanı
xəsarər alanda ona sığorta verilməməklə, valideyni qəsdən yüz cürə
fırıldaqlarla aldadılır? Belə olan halda dövlət sığortasına inam
qalarmı? Bunun nəticəsidir ki, sığorta adı çəkiləndə millət ya onu pul
fırıldağı kimi, ya da təşkilatı etibarsız bir orqan kimi xəyallarında
canlandırırlar.

Dövlət sığortası gəncləşəcəkmi?

Ölkə başçısı gələcəyin gənclərə məxsusluğunu təkrar-təkrar söyləsə də,
icra rəhbərləri yerlərdə əməl etmirlər. İş başına gətirəndə elə
gəncləri gətirirlər ki, onlar tam səriştəsiz olmaqla tərcümeyi-halını
belə yazanmırlar. Deyirlər eybi yox, gələn də görsün ki, gəncləri
işə-gücə cəlb edirik… Halbu ki, həmin gəncin ya yaxşı dayısı, ya
xalası, ya da atasının pulu-parası var. Əks halada öz isted və
bacarığına görə çox nadir halda gənc irəliyə çəkilə bilər. Sirr deyil
ki, belə hallar az – çox ulu öndərin dövründə var idi. Bu səbəbdən
etimadını itirmiş Qazax Dövlət Sığortasında uzun müddətdir işləyən,
artıq “doymuş məhlula” çevrilmiş Mübariz Abdullayevin də dəyişilmək
vaxtıdır. Onun sovet qayda qanunları ilə işləməsi bu günkü milli
sığortamızın inkişafı ilə üst-üstə düşmür. Yəqin ki, bu məsələnin də
qabardılmasının vaxtı çoxdan yetişib.

Short URL: http://www.cumhuriyyet.net/?p=6459

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930