Eldar Əzizovun müavinləri vətəndaşı intihara sürükləyir
“İcra
başçısının müavini Akif müəllim və Seyfəddin müəllim mənə deyir ki, uşaqları
saxlaya bilmirsənsə get özüvüdə öldür, balalarıvıda öldür“

başçısının müavini Akif müəllim və Seyfəddin müəllim mənə deyir ki, uşaqları
saxlaya bilmirsənsə get özüvüdə öldür, balalarıvıda öldür”
Sumqayıt şəhəri Corat qəsəbəsi ev 185/1a-da kirayə yaşayan
4 övlad anası Həşimova Aidə Cəbəl qızı şəhər
rəhbərliyindən şikayət edib. Ölkə rəhbərliyinə və mediaya ünvanlanan şikayət
məktubunda şok ittihamlar yer alıb.
Məlumat üçün bildirək ki, A.Həşimovanın himayəsində 4 azyaşlı
uşaq var, həyat yoldaşı rəhmətə gedib. Heç bir yerdə işləməyən Aida xanım övladları ilə birgə Corat qəsəbəsində 200 manata kirayədə qalıram. A.Həşimova sosial problemləri ilə bağlı şəhər
rəhbərliyinə müraciət etdiyini bildirir: ”
Mənə deyidlər
ki, saxlaya bilmirsən ver internata. Uşaqlara baxa bilmirəm. Uşaqlarımın ikisi
də əlaçıdır. Yoldaşım sağ ikən Sumqayıt şəhərində Yaşıl dərə ərazisində ev
tikdirmək üçün 3 sot torpaq aldım. Həmin ərazini bələdiyyə
işçisi Fətulla adlı şəxs 3-4 adama satıb. Mən indi qalmışam 4 uşaqla
kirayələrdə. Kirayə pulunu çatdıra bilmirəm. Vəziyyətim çox acınacaqlıdır.
Xahiş edirəm məni nəzərə alıb mənim şikayətimə baxasınız. Sumqayıt şəhərində
heç bir nümayənədə mənim şikayətimə baxmır və mənim vəziyyətimi nəzərə almır.
Çox acınacaqlı bir vəziyyətədə 4 övladıma çörək pulunu güclə
tapıram. 3 oğlan övladını sabah əsgərliyə aparacaqlar. Ancaq bu gün məni və
övladlarımı küçələrədə qoyurlar. Himayəmdə südəmər uşağım olduğuna görə işləyə
bilmirəm. Heç kəs mənə əl tutmur. İcra başçısının müavini Akif müəllim və
Seyfəddin müəllim mənə deyir ki, uşaqları saxlaya bilmirsənsə get özünü də
öldür, balalarınıda öldür. Biz də elə bir
maliyyələşdirmə yoxdur. Get başıva çarə qıl dünyaya gətirəndə fikirləşərdin”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6461