ARDNŞ-in 7 milyard borcu var
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) konsolidasiya olunmuş borcu 6,8 mlrd. ABŞ dolları təşkil edir.
Bunu jurnalistlərə açıqlamasında şirkətin iqtisadi
məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.
S.
Qasımov bildirib ki, ümumi borcdan 1,1 mlrd. dolları kapital
qoyuluşunun, 1 mlrd. dolları isə kommersiya təşkilatlarına olan borcun
payına düşür.
“Şirkətin cəlb etdiyi vəsaitlər böyük layihələrə
qoyulub. Türkiyədəki layihə üçün 1 milyard dollardan çox, Bakıdakı
Gəmiqayırma zavodunun tikintisi üçün 1 milyard dollara qədər Neft
Fondundan vəsait götürülüb. “Azəri-Çıraq-Günəşli” layihəsindən 1,67% pay
almaq üçün 485 milyon dollara qədər vəsait cəlb olunub. TANAP, TAP,
“Şahdəniz 2″ layihəsi üçün yaranan şirkətə Neft Fondunun büdcəsindən
vəsait ayrılıb”, – deyə o bildirib.
ARDNŞ-a olan borclara
toxunan S. Qasımov bildirib ki, şirkətə ən çox borcu olan “Azərenerji”
ASC-dir ki, bu məbləğ 280 mln. manata çatıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=6464