Sürücülərə şad xəbər: bal həddi 20-yə qaldırıldı
Azərbaycanda avtomobildən istifadə hüququnu məhdudlaşdıran balın
minimum həddi 12-dən 20-yə qaldırılır. Azərbaycanda inzibati cərimə
tətbiq edilmədən nəqliyyat vasitələrindən istifadə hüququnun
məhdudlaşdırılmasına səbəb olan il ərzində toplanan balın minimum həddi
qaldırılır. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı
İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə dəyişiklik təklif
olunur. Dəyişikliyə əsasən, məcəllənin 151.4-cü maddəsində göstərilən
balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il
ərzində 20 və daha çox bal topladıqda inzibati cərimə tətbiq edilmədən
onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.
Hazırda bu rəqəm 12-dir. Layihə Milli Məclisin plenar cilasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=6465