Sabiq Pentaqon rəhbəri Azərbaycanla bağlı şok fakt açıqladı

23.04.2014 - 17:48

Sabiq Pentaqon rəhbəri Azərbaycanla bağlı şok fakt açıqladı

Robert Geyts Bakıda şam edərkən restoranı kimlər yandırıb?
ABŞ-ın keçmiş müdafiə naziri Robert Geyts yazdığı xatirələrdə Azərbaycanda səfərdə olarakən üzləşdiyi maraqlı bir hadisəni də qələmə alıb. Geyts “Müharibədə olan naizirin memuraları”nda qeyd edib ki, 2010-cu ilin iyun ayında Azərbaycanda səfərdə olarkən yemək yediyi restornda yanğın baş veribmiş. Eks nazir yazıb ki, Sinqapur konfransından sonra Azərbaycana gəlib: “Səfərin məqsədi Azərbaycanın Orta Asiya-Şimal Paylaşma Şəbəkəsi çərçivəsində bizim Əfqanıstana təchizat marşrutundakı iştirakını gücləndirmək idi. Mən əvvəllər heç vaxt Bakıda olmamışdım, amma onun tarixi haqda müəyyən məlumatım var idi”. Geyts qeyd edib ki, dövlət başçısı İlham Əliyevlə nəhəng sarayda görüşüb..”Ona prezident Obamanın məktubunu təqdim etdim. Həmin məktubda münasibətlərin bizim üçün önəmi və onları genişləndirmək arzusu vurğulanırdı”.
Bakıda olarkən restoranda şam yeməyinə gedən müdafiə naziri burada yanğına tuş gəlib. “Həmin gecə biz taxta parçası üzərində manqalda bişirilmiş ətlər xidmət edən ənənəvi restoranda şam etdik. İştahla təzəcə yerimizə oturmuşduq ki, cangüdənlərimdən biri restoranda yanğın baş verdiyini xəbər etdi. Qrupumun üzvləri evakuasiya olunmağa başladılar. Amma nə od, nə də tüstü gördüyümdən, bir-iki qoçaq yoldaşımla yeməkdə davam edirdim. Bir neçə dəqiqə sonra yanğınsöndürən maşınların sirenası səsləndi və bu dəfə cangüdənlərim aydın etdilər ki, onlar mənə qalmaqla getmək arasında seçim verməyəcəklər. Qapıdan çıxanda birinci yanğınsöndürən maşın gəldi. Yeməyi yarımçıq qoyub getmək heç ürəyimdən deyildi.”-deyə Geyts memurarında yazıb.
Məsələnin maraqlı tərəfi odur ki, ABŞ-ın müdafiə nazirinin bir ölkəyə səfəri yüksək təhlükəsizlik tədbirlərinin müşayəti ilə baş verir. Səfər zamanı ABŞ təmsilçilərini müdafiə edən şəxslərin sayı heç də Ağ Evin sahibini qoruyanlardan az olmur. O zaman belə sual meydana gəlir ki, şam yeməyi zamanı baş verən bu insidentin təsadüf olma ehtimalı nə qədərdir? Bu hadisə bir təxribat ola bilərmi? Bununla Azərbaycanda maraqları olan digər dövlətlər Vaşinqtona mesaj ünvanlaya bilərlərmi?
Sülhəddin Əkbər: “Yanğın hadisəsi də ona bir mesaj ola bilər ki, yəni bu ölkənin sahibi var”
Bu suallara cavabı ekspert qismində Sülhəddin Əkbərdən almağa çalışdıq. S.Əkbər vurğuladı ki, bu tip hadisələrin təsadüfən baş vermə ehtimalı az olur: “Ümumiyyətlə mənim inandığım fəlsəfədə təsadüf anlayışı yoxdur. Təsadüf insanların məlumatsızlığı üzündən gəldiyi yalnış nəticədir. Amma bəzən həyatada bu cür hadisələr baş verir. Hətta təhlükəsizlik qaydalarına çox ciddi əməl olunan tədbirlərdə də belə gözlənilməz hallar olur. Ona görə hər hansı bir araşdırma olmadan birmənalı bəyan etmək ki, bu xüsusi hazırlanmış bir tədbir olub. Bu yanlış olardı”.
Bəs bu olayın bir təxribat olduğunu qəbul edərək, Azərbaycanda maraqları olan dövlətlərin bir mesajı kimi dəyərləndirərəriksə, o zaman hansı nəticəyə gəlmək olar. S.Əkbər hesab edir ki, əgər bu fərziyyə həqiqət kimi qəbul edilərsə, o zaman baş verən yanğında konkret mesajlar var: “Bu cür mesajlar adətən xüsusi xidmət orqanları tərəfindən bir xəbərdarlıq kimi edilir. Yanğın hadisəsi də ona bir mesajdır ki, yəni bu yerin sahibi var. Burada təhlükəsizliyə siz zəmanət verə bilməzsiniz. Bu ölkədə təhlükəsizliyin qarantı bizik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6466

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930