Ermənistan hakimiyyətində iki qarabağlının davası
Ermənistan hakimiyyətini ələ keçirmiş “Qarabağ klanı”nda ikiyə bölünmə başlayıb.
Erməni şərhçi Naira Ayrumyan bu
bölünmənin indiki prezident Serj Sarkisyanla keçmiş prezident Robert
Koçaryanın arasındakı münaqişədən qaynaqlandığını bildirir.
Şərhçinin bildirdiyinə görə, Koçaryan öz xələfini yıxaraq tezliklə
hakimiyyətə gəlmək istəyir və hakim partiyada artıq bununla bağlı
bölünmə başlayıb: “Faktiki olarar Serj Sarkisyan öz prezidentlik
müddətinin sonuna qədər hakimiyyətdə qalmaq istəyir, Koçaryan isə
bacardığı qədər hakimiyyətə tez gəlmək istəyir”. Koçaryan total hücuma
keçib, Serj Sarkisyan özünü qorumaq üçün baş naziri və bir sıra
nazirləri dəyişib. Amma bununla belə, Koçaryanın tərəfdarları açıq
bildirirlər ki, Serj Sarkisyan getməlidir.
Yəni 2007-ci ildə hakimiyyəti Sarkisyana müvəqqəti ötürən Koçaryan
növbəti seçkidə özü qayıtmaq istəyib. 2013-cü ildə hər iki qarabağlı
arasında bununla bağlı qarşıdurma var idi. Son anda Koçaryan
“genişürəklilik” göstərdi və “iki qarabağlının bir-birinə mane olması
yaxşı olmaz” bəyanatını verdi.
Şərhçi məntiqi sual verir: “Koçaryan və Sarkisyan 2007-ci ilin noyabr
ayında nə barədə anlaşıblar? Sarkisyan üçün iki, yoxsa bir prezidentlik
müddəti barədə anlaşıblar? Əgər bir prezidentlik müddəti barədə
anlaşıblarsa, deməli, 2012-ci ildə Serj Sarkisyan sazişi pozub. Əgər iki
müddət barədə anlaşıblarsa, deməli, anlaşmanı Robert Koçaryan pozub. Bu
iki insanın münasibəti Ermənistanın “daxili siyasətinin” ana xəttinə
çevrilib və bu, ölkənin dərin deqradasiyasından xəbər verir”, – deyə
Naira Ayrumyan vurğulayır.
Short URL: http://www.cumhuriyyet.net/?p=6471