"Çağ öyrətim" və "Qafqaz"ın rəhbərləri Azərbaycandan deportasiya edilir?

23.04.2014 - 21:52

Dini xadim Fetullah Gülenin hərəkatı ilə əlaqəli olduqları hesab olunan
səkkiz Türkiyə vətəndaşı Azərbaycandan deportasiya olunacaq. Bu məlumatı
bu gün Türkiyənin gündəlik Daily Sabah qəzeti informasiya mənbəyini
açıqlamadan dərc edib.
Eyni zamanda, qəzet iddia edir ki,
deportasiya “vizaların vaxtının keçməsi” əsasında həyata keçiriləcək.
Ölkədən getmək məcburiyyətində qalanlar arasında isə “Çağ Öğretim”
təhsil müəssisələri şəbəkəsinin rəhbəri Enver Özeren, “Qafqaz”
Universitetinin rektoru Ahmet Sanıç və Gülenin Azərbaycandakı
nümayəndəsi hesab olunan Bahri Topuz var.
Azərbaycan Təhsil Nazirliyindən bu məlumatla bağlı şərh vermirlər.
“Qafqaz”
Universitetinin prorektoru Natiq Paşa “Turan”ın müxbiri ilə söhbətində
bu məlumatı təkzib edərək, onun həqiqətə uyğun olmadığını bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=6478

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930