Aydın Əliyevin "Gülənçilərlə" işbirliyi

23.04.2014 - 22:36

Elnur Aslanovla Ceyhun Osmanlının biznes
ortağı baş gömrükçü ilə qohumdur

Elnur Aslanovla Ceyhun Osmanlının biznes
ortağı baş gömrükçü ilə qohumdur

 

Nurçularla
əlaqədə adı hallanan məmurların sırasına biri də əlavə edilib. Bu Dövlət Gömrük
Komitəsinin sədri Aydın Əliyevdir. Iddia olunur ki, nurçularla əlaqədə adı
hallanan Elnur Aslanovla, deputat Ceyhun Osmanlının biznes ortağı Fərid Novruzi
Aydın Əliyevin qohumudur. Fərid Novruzinin “Novco” Şirkətlər Qrupunun, eyni
zamanda Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidentidir.

1994-cü
ildə yaradılan “Novco” Şirkətlər Qrupu Azərbaycanda, Rusiyada, Gürcüstanda,
Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir. Şirkət
genişləndikcə müxtəlif sahələrdə fəaliyyət göstərən törəmə qurumlarını təsis
edilib və nəticədə holdinq yaranıb: “Novco Construction” (1994), “Novco Trade”
(1999), “Novco Group” (2001), “MYBRAND”S ?
(2005), “Novco Sport” (2007), “Novco
Manufacturing” (2007).

 Şirkətin beynəlxalq miqyasda bir neçə
investisiya layihələri var. “Al Adiyat Company” (BƏƏ) və “Hotnet” (2008)
şirkətin əsas investisiya layihələridir.

Şirkət
özündə “United Colors of Benetton”, “United Colors of Benetton 012″, “Sisley
Tommy Hilfiger”, “Puma”, “Nike”, “Adidas”, “Accessorise”, “Bebe”, “Aftershock”,
“Coast”, “Liu Co”, “Nine West”, “Pablosky”, “Monnalisa”, “Antony Morato”,
“Mexx”, “Mango”, “Xx by Mexx” kimi tanınmış brendləri birləşdirir.

Hazırda
şirkəti 32 brend mağaza təmsil edir. Bunların 24-ü Bakıda, 8-i isə Gürcüstanda
yerləşir.

Fərid
Novruzi Elnur Aslanov və Ceyhun Osmanlının kurasiyasında olan “İrəli” Təlim və
Karyera Mərkəzinin təşkil etdiyi “Müasir Iqtisad Məktəbi” layihəsində də
ekspert qismində iştirak edir. Eyni zamanda “Irəli”nin bir çox layihələrini
maliyyələşdirir.

İddia
olunur ki, Fərid Novruzinin “uğur hekayəsi”ndə Aydın Əliyevlə qohumluq
əlaqələrinin də böyük rolu var. Bəs Fərid Novruzi komitə sədri ilə necə
qohumdur?

“Qafqaz”
Xəbər Agentliyinin məlumatına görə, Fərid Novruzinin qardaşı Elsel Novruzi
Aydın Əliyevin kürəkənidir. Elsel Novruzi “Novco” Şirkətlər Qrupuna ortaqdır.
Maraqlı məqamlardan biri də budur ki, Fərid Novruzi həmişə xarici ölkələrdən
birinin ölkəmizdəki səfirliyinin diplomatik korpusuna məxsus BMW-750-də gəzir.

 

Zaur

Short URL: http://www.cumhuriyyet.net/?p=6480

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930