5 ölkənin Xəzər düyünündə Rusiya izi

24.04.2014 - 10:01

5 ölkənin Xəzər düyünündə Rusiya izi

“Rusiya əlində olan bütün imkanlardan yararlanaraq Avropaya enerji daşıyıcılarının satışı sahəsində monopolist rolunu qoruyub saxlamağa çalışır”
Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin  konfransı başa çatıb. Tədbirdə bir çox prinsipial məsələlərdə konsensus əldə edildiyi deyilir. Tədbirdə iştirak edən xarici işlər nazirinin müavini Xələf Xələfov Həştərxan zirvə görüşünədək xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun Tehranda və Həştərxanda daha iki görüşünün keçirilməsinin planlaşdırıldığını deyib. Nazir müavini ümid edir ki, bu görüşlər çərçivəsində gündəliyə çıxarılacaq bütün məsələlər üzrə razılaşma əldə olunacaq. 
Lakin o da məlumdur ki, uzun illər ərzində Moskva Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə hər cür maneə törədirdi. Ekspertlərin sözlərinə görə, Xəzər hövzəsi alternativ enerji mənbələrindən biri hesab olunur. Rusiya əlində olan bütün imkanlardan yararlanaraq ilk növbədə Avropaya enerji daşıyıcılarının satışı sahəsində monopolist rolunu qoruyub saxlamağa çalışır. Xəzər hövzəsində yerləşən ölkələrin enerji daşıyıcılarının Avropaya çatdırılması maneəsiz olaraq təmin edilsə, bu, Avropanın Rusiyanın qaz asılılığından azad edə bilər. Enerji daşıyıcılarından asılı olan Rusiya üçün bu ağır zərbə kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, Rusiya Krımı işğal edəndən sonra bu ölkənin Qərblə münasibətləri olduqca gərginləşib. Avropa çox ciddi şəkildə Rusiyadan qaz asılılığını azaltmaq qərarına gəlib. Avropa rəsmiləri Xəzər hövzəsi ölkələri ilə bu sahədə əməkdaşlığa böyük önəm verməyə başlayıblar. Bu amili nəzərə alan Rusiya Xəzərin hüquqi statusu həll olunmadan enerji daşıyıcıları ilə bağlı məsələlərin həllinə mənfi münasibət bəslədiyini açıq şəkildə bəyan edir. Heç bir şübhə yoxdur ki, Rusiya bundan sonra da Xəzərin hüquqi statusunun həlli ilə bağlı prosesin yekunlaşmamasına çalışacaq.     

Short URL: http://www.cumhuriyyet.net/?p=6484

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930