Bayılda güclü partlayış

24.04.2014 - 11:13

Bayılda güclü partlayış 

Bakıda güclü partlayış baş verib.
“Axar.az”ın hadisə yerinə yaxın ərazidə olan əməkdaşı xəbər verir ki, partlayış Bayılla İyirminci sahə arasında yerləşən “İkinci” adlanan yerdə baş verib.
İlkin ehtimala görə, partlayış neft çənində olub.
FHN yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, yanğının qarşısı alınır. 
Feysbuk sosial şəbəkəsində bildirilir ki, ölən və yaralananlar var.
Daha dəqiq məlumat verməyə çalışacağıq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda neft çənində baş verən yanğınla bağlı ilkin məlumat açıqlayıb. 
  ARDNŞ-in mətbuat katibi Nizaməddin Quliyev açıqlamasında deyib ki, yanğın ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb. Onun sözlərinə görə, yanğın baş vermə səbəbləri aydın deyil.   İlkin ehtimala görə, ərazidə alışma olub. Xəsarət alan yoxdur.   Hazırda faktla bağlı araşdırma gedir. N. Quliyev gün ərzində hadisə ilə bağlı ətraflı məlumat veriləcəyini də deyib (APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=6495

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930