Mingəçevirdə nurçuların toplaşdığı villa – Foto

24.04.2014 - 12:01

Mingəçevirdə nurçuların toplaşdığı villa - FotoMingəçevirdə nurçuların toplaşdığı villa – Foto

Mingəçevirdə nurçuların toplaşdığı villa - FotoMingəçevirdə nurçuların yığışdıqları məkanlardan biri bəlli olub.
 
Bu barədə “Axar.az”a “nur şəhəri”ndəki mənbələr xəbər verib. Mənbənin dediyinə görə, şəhərdəki nurçular Kür çayının sahilində yerləşən şəkildə gördüyünüz bu evə yığışırlar. Dərsxana kimi fəaliyyət göstərən nur ocağına isə Müşfiq Nəcəfov adlı bir şəxs rəhbərlik edir.
 
Məlumata görə, M.Nəcəfov Ankarada İlahiyyat Universitetində təhsil alıb. Onun Türkiyədə nurçu təriqətinin üləmaları ilə sıx əlaqələri var. Bu evdən başqa, nurçular Kənd Mingəçevir adlı əraziyə də yığışırlar. Onların əsas məkanı isə kənddəki məsciddir.
 
Məlumatda o da deyilir ki, son günlər nurçulara qarşı başlamış əməliyyatlardan sonra məscidə gələnlərin sayı azalıb. Onlar indi əsasən fotoda görünən bu evə toplanırlar.
 
Qonşuların dediyinə görə, Quran öyrədilməsi adı altında hər gün bu evə 30-a yaxın gənc gedib gəlir.

Short URL: http://www.cumhuriyyet.net/?p=6497

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031