Ərdoğanın "soyqırımı" bəyanatı ABŞ və Avropa Birliyinin xoşuna gəlib

24.04.2014 - 12:09

Ərdoğanın “soyqırımı” bəyanatı ABŞ və Avropa Birliyinin xoşuna gəlib

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ və Avropa Birliyi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qondarma erməni “soyqırımı” ilə bağlı bəyanatını müsbət qarşılayıb. ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki gündəlik mətbuat brifinqində Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı bəyanatına aid sualları da cavablandırıb. Ərdoğanın açıqlamasını məmnuniyyətlə qarşıladıqlarını, bunu tarixi və müsbət bir addım olaraq gördüklərini bildirən Psaki bunları qeyd edib: “Baş nazir Ərdoğanın, ermənilərin 1915-ci ildə yaşadığı ağrıları ictimaiyyət qarşısında tarixi qəbulundan məmnuniyyət duyuruq. Bunun gerçəklərin tam, dürüst və ədalətli şəkildə qəbul edilə biləcəyi yönündə müsbət bir işarə olduğuna inanır, türklər və ermənilər arasındakı razılıq müddətini irəliyə aparacağını ümid edirik”  
Avropa Birliyi də Ərdoğanın 1915 hadisələri ilə bağlı bəyanatını məmnuniyyətlə qarşılayıb. Qurumun komissarı Stefan Füle Twitter mesajında belə deyib: ​​”Baş nazir Ərdoğanın Ermənilərlə bağlı açıqlamasını məmnuniyyətlə qarşılayıram. Sülh Avropa dəyəridir. Bu ruha uyğun addımların davam edəcəyini ümid edirəm “.  
Qeyd edək ki, Türkiyənin hökumət başçısı R.T.Ərdoğan qondarma erməni “soyqırımı”nın ildönümü ərəfəsində qalmaqallı bəyanatla çıxış edib. O 1915-ci ildə həlak olan ermənilərin nəvələrinə baş sağlığı mesajı verib.    

Short URL: http://www.cumhuriyyet.net/?p=6498

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031