Bərdədə ünvanlı yardım sərgüzəştləri

24.04.2014 - 12:54

Yeni müdürün, yeni
qaydaları rayon sakinlərini cıxılmaz duruma salıb

 

Bərdə rayonunda  məmur 
özbaşınalığı pik
həddə çatıb. Baxmayaraq ki, yuksək çiyinli rəsmilər, şeffaflıqdan rüşvət
kooruqsiya qarşi mübarizə tədbirlərindən , demokratiyadan , ağız dolusu danışıb, qanunun aliliyindən dəm
vururlar,amma gəlişi
gözəl olan belə sözlər Bərdə
məmurlarının  əməllərində heç vaxt hiss olunmayıb. Dövlət başçısının apardıgı, bəzi
kadr  islahatıda  heç nəyə yaramadı. Bu gün Bərdə rayonunda
vətəndaşların ən çox şikayət etdiyi 
məsələ ünvanlı sosial yardımların verilmısində, qarşılaşdıqlari
haqsızlıqdır ki, buda artıq necə illərdir sakinlərin əməlli başlıca bəlasına
çevrilib.

Bərdə
rayon sosial müdafiə mərkəzinin ünvanlı yardım şöbəsində , çox yox yarım saat
durmaq yetər ki, vəziyyətin necə də acınacaqlı olduğunu öz gözlərinlə görəsən. Yardım
arzusu ilə sosial müdafiə mərkəzinə gedən vətəndaşların demək olar ki ,
hamısının ümüdü puça çıxır. Səlim Müslümov sayaği işlərini quran, ünvanlı
yardım şöbəsinin testdən keçməyən işçilərinin sakinlərə cavabı bircə o olur ki,
gedin 6- aydan sonra gələrsiniz. Bir sözlə Bərdə rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzində (ƏSMM) analoqu olmayan özbaşınalıqlar hökm sürür. Sözü
gedən mərkəzdə qohumbazlıq, rüşvətxorluq korrupsiya və digər qanunsuz hallar
baş alıb gedir. Məlumatlarda bildirilir ki, Bərdə rayon ƏSMM-də imkansız, maddi
durumu ağır olan vətəndaşlara ünvanlı sosial yardımların verilməsi zamanı
onlardan külli miqdarda pul tələb olunur. Bununla yanaşı mərkəzdə saxta
sənədlərlə təqaüd alınması, vəfat etmiş və ya ümumiyyətlə mövcud olmayan
şəxslərin adına sosial yardımların verilməsi ilə bağlı ciddi və kütləvi faktlar
var. Bu barədə anaxeber.az-a danışan mənbə qeyd edir ki, mərkəzin keçmiş
rəhbəri Vidadi İmanquliyevin zamanındakı narazılıqlar bu gün də davam
etməkdədir. Hətta vəziyyət o yerə çatıb ki, mərkəzin direktoru Raquf Məntiyev
“Vidadi İmanquliyevə nə etdilər ki, mənə də nəsə etsinlər. Əksinə onu daha
yüksək posta təyin etdilər” deyə qurumda istədiyi özbaşınalıqları arxayınlıqla
həyata keçirir.

Mənbənin
sözlərinə görə, Raquf Məntiyevin səhlənkarlığı ucbatından kasıb ailələr üçün
nəzərdə tutulan sosial müavinətləri və yardımları vaxtlı-vaxtında almaq mümkün
olmur. Vəzifəyə təyin olunduğu gündən R.Məntiyev qurumu şəxsi müəssisəsi hesab
edərək vətəndaşlarla necə gəldi rəftar edir. Sözügedən qurumla bağlı
redaksiyamızın elektron poçtuna daxil olnan şokayət məktubunu olduğu kimi
diqqətinizə çatdırırıq: “Hörmətli redaksiya, Son günlər Bərdə rayon ƏSMM-də
acınacaqlı vəziyyətdir. Artıq narazılıq son həddə çatıb. Demək olar ki,hər gün
ora polis çağırılır.Vətəndaşlar polisə və məhkəmələrə verilir. Vətəndaşlarla
rəftar etməyi bacarmayan direktor isə bunun səbəbini qanunda dəyişikliyin
olması ilə əlaqələndirir və narazı olanların məhkəməyə verilməsini Nazirin
tələb etdiyini bildirir.  Direktor
deyir:Nazir qanunda dəyişiklik edib və bunu bizə şifahi
bildiriblər,inanmırsınız Salam müəllim var nömrəsini verim ona zəng vurun.
Vətəndaşlara belə deyildiyinə baxmayaraq yaxın adamları olan dəllallar var
ki,kənarda 300-400 manatdan ÜSY sənədləri yığıb direktora gətirirlər.

Gələn gündən yalnız pul marağında olan direktor işlədiyi bu az
müddətdə hormətsiz vəziyyətə düşüb. Səlim Müslümovun qəbuluna yazılmaq üçün
Bərdə ƏSMM-ə gələnlər  direktor və Elmdar
adlı işçi tərəfindən mərkəzdən qovulurlar. Elmdar direktorun yanında “Ağdamlılar
bizi lap bezdirib” yerlərinə qaytarsaydilar canımız qurtarardı deyerək bir qrup
vətəndaşı, direktora xoş gəlsin deyə onun otağından qovub.   Dəfələrlə məktub yazılıb, zənglər edilib
lakin yuxarıda Məmtiyevi dəstəkləyənlər bu şikayətləri cənab nazirə
çatdırmırlar.

Ona görə də çarəsiz qalan Ağdamlılar Bərdənin girəcəyində yeni qəsəbə
ərazisində yolu bağlayaraq Səlim Müslümovla orada gürüşmək
niyətindədilər.Köçkünləri Cənab nazirə qarşı bu addımı atmağa öz kadrının
hərəkətləri məcbur edir.

Hörmətli redaksiya xahiş edirik məktubumuzu olduğu kimi dərc
edib,şikayətimizi cənab nazirə çatdırasınız”.

Redaksiyamıza
üz tutan  digər bir Bərdə rayon
sakini həyat yoldaşının Bərdə rayon ƏSMM-də sosial xidmət sektorunda
çalışdığını söyləyərək bildirir ki,həyat yoldaşı tənha qocalara evlerde xidmət
göstərir. Aldığı minimum əmək haqqı ilə ailəsini zorla dolandıran işçi dövlət
tərəfindən onların əmək haqqına 01 yanvar 2014-cü ildən edilən 20 manat əlavəyə
yuxarıların göz dikdiyini bildirir: “Mərkəzin yeni təyin edilmiş direktoru mart
ayında onlara verilən mükafatın və əmək haqqına edilən 60 manat əlavənin
yuxarılara çatacağını bildirərək ona gətirilməsini bildirib.Təranə etitaz edəni
rəhbərliyin işdən çıxarcağı ilə hədələyib. Bundan əlavə sektor müdirinin aprel
ayında  nazirliyə təqdim etdiyi hesabat
üçün hər işçidən 25 manat məbləğində əlavə pul yığılıb. Tənha qocalara evlərdə
xidmıt göstərən xanımların əmək haqqından 
bayram ərəfəsində yuxarıların adı ilə pul yığılan,onlara bayram
mmünasibətilə dövlət tərəfindən verilən mükafata göz dikən bir nazirliyin
mənəviyyatdan danışmağa haqqı varmı. S.Müslümov yeni təyin etdiyi”layiqli”
kadrlarla sistemi beləmi təmizləyir, cənab Prezidentin tapşırığını belə yerinə
yetirirmir”.

Məsələ
ilə bağlı redaksiyamızın digər mənbələrdən əldə etdiyi məlumatlarda isə qeyd
edilir ki, bu sahədə rüşvət və korrupsiyanın qarşısını almaq məqsədilə plastik
kartların tətbiq olunduğu vaxtdan yaranmış üsul – kartların ilk altı ay
müddətində qanuni sahiblərindən saxlanılması bu gün də Bərdə rayon Əhalinin
Sosial Müdafiəsi Mərkəzi tərəfindən geniş istifadə olunur. Məhz bu yolla
aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərinin mənimsənildiyini
deyən məlumatlı şəxslər iddia edirlər ki, yol verilmiş bu kimi əməllər
nəticəsində Bərdə rayonunda yaşayan aztəminatlı ailələr dövlətin onlara hər ay
üçün ayırdığı maddi yardımdan kənar qalırlar: “Aztəminatlı ailələr neçə vaxtdır
Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq
üşün müraciət etsələr də, vətəndaşlar müəyyən süni əngəllərlə üz-üzə qalırlar.
Saxta yolla yardım alanların sayı isə ildən ilə artır. Mərkəzin rəhbərinə görüm
baxım müqabilində əllilik dərəcəsinin müəyyən olunması üçün 88 saylı forma
deyilən saxta arayış verilir. Saxta arayışları isə şəxsən Raquf Məntiyev özü
təşkil edir. Bundan sonra həmin vətəndaşın əllilik dərəcəsi Tibbi-sosial
ekspert komissiyaları tərəfindən müəyyən edilərək qərar çıxarılır”.

Bundan
əlavə mənbə iddia edir ki, Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin
səlahiyyətli şəxsləri əvvəlcə və sonradan şəxsi büdcələrinə müəyyən məbləğ
daxil olmasa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adından istifadə
edərək əhaliyə əlavə problemlər yaradırlar: “Lakin əksinə, yəni Bərdə rayon
Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yetkili şəxslərinin “şərtləri”nə əməl
olunarsa, o zaman işiniz qısa müddət ərzində yoluna qoyulacaq və heç kim sizə
problem yaratmayacaq. Düzdür, Bərdədə sosial yardımlara ehtiyyacı olan insanlar
məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, hələ ki, bunun heç
bir faydasını görməyiblər. Yəni indiyədək məsələ ilə bağlı araşdırma aparan,
camaatı narahat edən problemləri yoluna qoymağa çalışan olmayıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6500

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930