Antikorrupsiya idarəsi bankda cinayət faktı aşkarladı

24.04.2014 - 15:52

Antikorrupsiya idarəsi bankda cinayət faktı aşkarladı

“Parabank”ın vəzifəli şəxslərinin aldatma yolu ilə 127 min 804 manatı mənimsədikləri müəyyənləşdirilib
“Parabank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. 
Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aparılmış istintaqla cəmiyyətin Nizami filialının kredit mütəxəssisləri Orxan Uğurluzadə və Toğrul Mirzəzadənin tanışları Əfqan Vəliyev və Seymur Abdullayevlə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək müvafiq sənədlərin məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldatma yolu ilə 228 şəxsə kreditlərin ayrılmasına nail olaraq ümumilikdə 127 min 804 manat məbləğində banka məxsus külli miqdarda əmlakı ələ keçirməklə “Parabank” ASC-nin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan Orxan Uğurluzadəyə Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbs, Toğrul Mirzəzadəyə həmin məcəllənin 178.3.2 və 313-cü, Seymur Abdullayevə 178.3.2-ci, Əfqan Vəliyevə isə 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. 
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=6512

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930