"Bakcell" Putinin istəklərini reallaşdırır?
“Bakcell” Putinin istəklərini reallaşdırır?
“Bakcell” mobil operatoru Bakının müxtəlif yerlərinin adını təhrif edərək, Sovetlər Birliyi zamanındakı adları abunəçilərinin telefonlarının ekranlarında yazıb. Bu barədə paytaxt sakinləri məlumat verib. “Bakcell” istifadəçiləri olduqları yerə görə yazılan yer adlarını görəndə dəhşətə gəliblər. Məsələn, Bakıxanov qəsəbəsi yaxınlığında olan abunəçilərə ünvan kimi “Stepan Razin”, Gəncə prospektində olan abunəçilərin telefonuna isə “Sergey Mironoviç Kirov” yazılıb; paytaxtın Nizami küçəsi də “Qoqol” kimi göstərilib. Məlumat üçün deyək ki, həmin yerlər Sovet imperiyası zamanı o cür adlandırılırdı. Məsələ ilə bağlı “Bakcell” şirkəti ilə əlaqə saxlamağa çalışırıq. Xatırladaq ki, Sovetlər Birliyini “Rusiyanın başqa adı” hesab etdiyini deyən Putin Rusiya imperiyasının keçmiş sərhədlərinə doğru can atır: bu, Gürcüstan və Ukraynada hərbi müdaxilə səviyyəsində özünü göstərir, həmçinin MDB ölkələri üçün rus vətəndaşlığı sadələşdirilir, Rusiyanın himnindən tutmuş bir çox yer adlarına qədər Sovet dövrünü xatırladan “nostalji adları” geri qaytarılır… (axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=6516