Prezident Administrasiyasının qanundan xəbəri yoxdur
Rövşən Ağayev: “Əgər administrasiyanın
ikinci oxunuşa verilən qanun layihəsindən xəbəri yoxdursa, bu, çox
qeyri-peşəkar idarəetmədir”
Rövşən Ağayev: “Əgər administrasiyanın
ikinci oxunuşa verilən qanun layihəsindən xəbəri yoxdursa, bu, çox
qeyri-peşəkar idarəetmədir”
Prezident
İlham Əliyev aperlin 16-da aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və
institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında
fərman imzalayıb.Fərman Kənd Təsərrüfatı Nazirliyinə beynəlxalq təcrübəyə
əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və
hesabatlılığı təmin etmək üçün “elektron kənd təsərrüfatı”
informasiya sisteminin üç il müddətində mərhələlərlə yaradılması, kənd
təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin üç il
müddətində mərhələlərlə yaradılması, fəaliyyəti məqsədəuyğun hesab edilməyən
təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi,
yenidən təşkili və idarəetməyə verilməsi barədə təkliflərini üç ay müddətində
hazırlanması tapşırılıb.
Fərmanda
qeyri-dövlət fitosanitar xidmətlərinin, o cümlədən bitki mühafizə vasitələrinin
və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılmasının xüsusi
razılıq (lisenziya) əsasında həyata keçirilməsinə dair təkliflərini iki ay
müddətində hazırlanması nəzərdə tutulur. Prezident Administrasiyasına
altı ay müddətində kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı
müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə
tutan “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsini
hazırlamaq tapşırılır. Eyni zamanda PA altı ay müddətində kəndli fermer
təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında
birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan “Kənd
təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsini hazırlamalıdır.
Fərmanı
şərh edən iqtisadçı Rövşən Ağayev bildirdi ki, sənəddə torpaqların şoranlaşması
ilə bağlı qeyri-müəyyənlik var: “Mən üç nazirlik və komitənin birlikdə bu
məsələ ilə məşğul olmasını nəzərdə tuturam, yəni, praktika göstərir ki,
idarəetmə vahid olmayanda keyfiyyətli iş olmur. Fərman idarəetmənin
təkmilləşdirilməsi adlanır, bunun üçün ilk addım torpaqların şoranlaşması ilə
bağlı “Melorasiya ASC”-nin funksiyaları Kənd Təsərrüfatı Nazirliyinə
verilməlidir. “Melorasiya ASC” bu prosesdə icarçı təşkilat ola bilər,
idarəedici yox. İkinci yanaşmam odur ki, fərmanda müvafiq iqtisadi proqramlar
əsasında torpaqların keyfiyyətinin artırılması istiqamətində işlər görülməsi
ifadəsi mücərrəddir. Bütün dünyada torpaqların keyfiyyətinin artırılması
haqqında dövlət proqramı olur, çox təəssüf ki, belə proqram yoxdur”.
R.Ağayev dedi ki, hökumət 2011-ci ildə uzun müzakirələrdən
sonra kənd təsərrüfatı kooperasiyalarının yaradılması barədə qanun layihəsini
Milli Məclisə təqdim etdi. Sənəd birinci oxunuşda qəbul olunandan sonra ikinci
oxunuşa tövsiyə olundu: “Amma bu fərmanı oxuduqda belə təəssürat yaranır ki,
Prezident Administrasiyasının birinci oxunuşdan keçən qanundan xəbəri yoxdur.
Çünki fərmanda belə bir qanun layihəsinin hazırlanması və administrasiyaya 6 ay
müddətində təqdim olunması haqqında hissə var. Əgər administrasiyanın ikinci
oxunuşa verilən qanun layihəsindən xəbəri yoxdursa, bu, çox qeyri-peşəkar
idarəetmədir. Görünür, 6 ay müddəti də uzun çəkəcək, yeni sənəd hazırlanacaq və
Azərbaycan reallığında 6 aya verilən tapşırıq 6 ilə də yerinə yetirilmir. Bütün
bunları nəticəsi onu göstərir ki, hökumət kooperasiyanın yaradılması, kiçik
fermerlərin dəstəklənməsinə ciddi yanaşmır. Sadəcə, ictimai görüntü yaradır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6521